Dünya
Hələ belə üzsüz oğru olmamışdı - Skrin olunmuş mesajlar
İngiltərədə qəribə hadisə baş verib. Oğru oğurladığı telefonu açmaq üçün telefon sahibindən kod istəyib. Beth Freestone adlı qız Mançesterdəki gecə klublarının birindəykən onun "iPhone" markalı telefonu oğurlanıb. Hadisədən 5 ay sonra 18 yaşlı qız Feysbuk-da təəccübləndirici mesaj alıb. Belə ki, mesajda telefonu tapdığını iddia edən qadın onu işlətmək üçün qızdan təhlükəsizlik kodunu istəyib.
Tayvanda dəhşətli yanğın — 9 ölü
Tayvanda yaşayış binasında yanğın baş verib. Dünən axşam saatlarında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Yanğın axşam saatlarında binanın 4-cü mərtəbəsində başlayıb və tezliklə 5-ci mərtəbəyə keçib. Hadisə yerinə cəlb edilən yanğından mühafizə idarəsinin əməkdaşları bir saat sonra alovu ram ediblər.
Amerika millisinin 7 üzvünə təcavüz edilib
ABŞ-ın Gimnastika üzrə milli komandasının keçmiş həkimi Larri Nassar 7 qadın idmançıya qarşı cinsi təcavüz etdiyini etiraf edib. Cinsi təcavüzə məruz qalan qızlarından üçünün yaşı 13-dən azdır.
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - NATO-nun baş katibi
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Türkiyə Rusiya və İranla birlikdə Qərbin regiondakı dayaqlarını zəiflətdi
Suriya problemi üzrə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü beynəlxalq münaqişənin həlli istiqamətində mühüm dönüş nöqtəsidir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Ərdoğan 65 ildən sonra ilk dəfə...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 65 ildən sonra ilk dəfə Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq. Olaylar.az bildirir ki, bu haqda baş nazirin köməkçisi Hakan Çavuşoğlu məlumat yayıb. Yaxın günlərdə reallaşacaq səfərdə Türkiyə və Yunanıstan arasındakı əlaqələrin daha da yaxşılaşacağına ümid edilir.
Kreml Dağıstana daha bir rus nazir təyin etdi
Dağıstan Daxili İşlər naziri Əbdürrəşid Maqomedov istefaya göndərilib. Rusiya mediası Maqomedovu bu vəzifədə onun müavini Sergey Karpovun əvəz etdiyini bildirib. Maqomedov istefaya göndərilməzdən öncə 1 ay ərzində məzuniyyətdə olub. Onun vəzifəsini bu dövr ərzində müvəqqəti olaraq Karpov idarə edib.
3 qat dünya çempionunu meşədə öldürdülər
Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə yetirilib. Kikboks üzrə 3 qat dünya çempionu İnnokenti Makarovun cəsədi ötən gecə meşədə tapılıb.
Ukrayna hərbçilərinə bığ və saqqal saxlamağa icazə verdi
Ukraynanın müdafiə naziri Stepan Poltoral hərbçilər üçün yeni geyim və nişan qaydalarını təsdiq edib. Məlumata görə, yeni qaydalara əsasən, hərbçilər hərbi tapşırıqların yerinə yetirilməsinə mane olmadığı təqdirdə bığ və saqqal saxlaya bilərlər. Yeni qaydalarda həmçinin yeni hərbi formalar da təsdiq edilib.
Həbs edilən şahzadələrdən 194 milyard alındı
Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadələr və biznesmenlərə ABŞ özəl hərbi şirkətinin əməkdaşları işgəncə veriblər. Bu barədə informasiyanı “Deyli Meyil” qəzeti yayıb. İşgəncəni həyata keçirən şirkətin “Akademi” olduğu iddia edilir. “Akademi” isə artıq bu iddiaları təkzib edib. Şirkət Səudiyyə Ərəbistanı ilə heç bir müqaviləyə sahib olmadığını bildirib. Bununla belə, qəzet Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da şahzadələrin sorğusunda iştirak etdiyini yazıb. Həbs edilən şahzadə və biznesmenlərdən indiyə qadər 194 milyard dollar müsadirə edilib.
ABŞ Suriyadan çıxmaqdan imtina edir – Şok
ABŞ İŞİD üzərində qələbədən sonra öz hərbi hissələrini Suriyada saxlamağı planlaşdırır. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
İraq ordusu əməliyyatlara başladı
İraq ordusu Suriya sərhədindəki səhralıqda İŞİD terror təşkilatına qarşı əməliyyatlara başlayıb. Bu barədə AFP xəbər agentliyi məlumat yayıb. Hələ ki, əməliyyatın təfərrüatı ilə bağlı məlumat verilmir.
Lavrov-Sərkisyan görüşü: Kreml İrəvandan 3 rayonu istəyir
İrəvana səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan Prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Türkiyədən NATO-ya SƏRT CAVAB: "Bunun FETÖ sifarişi olduğunu bilirik"
NATO təlimlərində Rəcəb Tayyib Ərdoğan və Atatürkün fotolarının hədəf taxtalarına vurulmasına görə başlayan diplomatik gərginlik yeni mərhələyə keçib. Türkiyənin müdafiə naziri Nürəddin Canikli məsələyə sərt reaksiya verərək, "Bu məsələ cavabsız qalmayacaq" - deyib.
Xeyriyyəçilik adı ilə fəaliyyət göstərən TERROR TƏŞKİLATI
Türkiyənin Adana şəhərində PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat Adana Terrorla Mübarizə idarəsi İstanbul, Adana, Diyarbakır, Adıyaman, Bursa və Batman şəhərlərində öncədən müəyyən edilmiş ünvanlarda eyni anda təşkil olunub.














