3 qat dünya çempionunu meşədə öldürdülər

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə yetirilib. Kikboks üzrə 3 qat dünya çempionu İnnokenti Makarovun cəsədi ötən gecə meşədə tapılıb. 

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə yetirilib. Kikboks üzrə 3 qat dünya çempionu İnnokenti Makarovun cəsədi ötən gecə meşədə tapılıb. Noyabr ayının 17-dən itkin düşən və axtarışları davam edən idmançının cinayətə qurban getdiyi ehtimal edilir. Ekspertizaya göndərilən cəsədin üzərində müxtəlif xəsarətlər, yaralar aşkarlanıb. Faktla bağlı istintaq başladılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31