Həbs edilən şahzadələrdən 194 milyard alındı
Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadələr və biznesmenlərə ABŞ özəl hərbi şirkətinin əməkdaşları işgəncə veriblər. Bu barədə informasiyanı “Deyli Meyil” qəzeti yayıb. İşgəncəni həyata keçirən şirkətin “Akademi” olduğu iddia edilir. “Akademi” isə artıq bu iddiaları təkzib edib. Şirkət Səudiyyə Ərəbistanı ilə heç bir müqaviləyə sahib olmadığını bildirib. Bununla belə, qəzet Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da şahzadələrin sorğusunda iştirak etdiyini yazıb. Həbs edilən şahzadə və biznesmenlərdən indiyə qadər 194 milyard dollar müsadirə edilib.
23 Noyabr 2017 12:28 DünyaSəudiyyə Ərəbistanında həbs olunmuş şahzadələr və biznesmenlərə ABŞ özəl hərbi şirkətinin əməkdaşları işgəncə veriblər. Bu barədə informasiyanı "Deyli Meyil" qəzeti yayıb. İşgəncəni həyata keçirən şirkətin "Akademi" olduğu iddia edilir. "Akademi" isə artıq bu iddiaları təkzib edib. Şirkət Səudiyyə Ərəbistanı ilə heç bir müqaviləyə sahib olmadığını bildirib. Bununla belə, qəzet Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da şahzadələrin sorğusunda iştirak etdiyini yazıb. Həbs edilən şahzadə və biznesmenlərdən indiyə qadər 194 milyard dollar müsadirə edilib.
Qeyd edək ki, bundan öncə korrupsiyaya qarşı mübarizə əməliyyatları nəticəsində Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və onlarla biznesmen həbs edilib.
"Akademi" şirkəti gəlirlərinin böyük hissəsini savaşlarda iştirak etməklə qazanır. Qurum Əfqanıstan və İraq müharibələrində iştirak edib. Bu müharibələrdə yerli əhaliyə qarşı zorakılıq, silah qaçaqmalçılığı ilə məşğul olub. Şirkətin əsas müştəriləri hökumətlər, biznesmenlər, neft şirkətləridir. Axar.az