Dünya
Türkiyə ABŞ-a 7 tələbnamə yolladı: Gülənlə bağlı
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül FETÖ qruplaşmasının rəhbəri Fəthullah Gülənin ölkəyə təhvil verilməsi üçün Amerikaya rəsmi 7 tələbnamə göndərildiyini bildirib. Nazir Fəthullah Gülənin öz ölkəsində qanun qarşısında cavab verməli olduğunu və bununla bağlı tələblərə davam ediləcəyini vurğulayıb: "Bu mövzu ilə bağlı 7 rəsmi tələbnamə göndərilib. FETÖ qruplaşmasının başçının öz ölkələrində müstəqil və tərəfsiz məhkəməyə təslim edilməsini istəyirik. Bu istiqamətdə Amerikadan tələb və istəklərimiz davam edir. Bunu həm beynəlxalq konvensiyalar, həm də ikitərəfli müqavilələr çərçivəsində gözləyirik. Bu, türk xalqının haqqıdır. Biz cinayətkarın saxlanması və qanun qarşısında cavab verməsini tələb edirik".
Qadağan olunmuş kitablardan MÖHTƏŞƏM ABİDƏ
Argentinalı memar Marta Minjin Almaniyanın Kassel şəhərində qadağan olunmuş kitablardan möhtəşəm abidə inşa edib. Olaylar.az bildirir ki, abidə faşist dönəmində qadağan olunmuş 100.000 kitabla əhatələnib. Qadağan olunmuş kitablar sırasında Kafka, Servantes, Robert Musil kimi yazarların əsərləri yer alıb.
Erməni əsgərlər Qarabağda bir-birini QIRIR
Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəminində daha 2 cinayət hadisəsi qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlar var. Məlumata görə, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.
Suriyada yeni dövlət yaradılır – Vaşinqtonun PLANI
ABŞ İŞİD-in məhv edilməsindən sonra Suriyada hərbi gücünü saxlamaq niyyətindədir. Bu barədə “Washington Post” nəşri mənbələrə istinadən yazıb. Adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmur bildirib ki, Vaşinqton Suriyada kürdlərdən ibarət “Suriya Demokratik Gücləri”ni (PKK-nın Suriya qolu olan PYD üzvlərindən təşkil olunmuş qruiplaşma-red) dəstəkləyəcək.
Erməni əsgərlər donmamaq üçün “araq” içir – Zabir Danielyanın ŞOK MƏRUZƏSİ
Ermənistan ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb. İctimai-siyasi işlər üzrə müavin vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb. Lakin o, hazırladığı məruzəyə görə özünü bəlaya salıb.
Təyyarə məcburi eniş etdi
Ötən axşam Alman Lüfthanza hava yollarına aid olan DLH 060sayılı Franfurt Tehran səfərini yerinə yetirən təyyarə təcili olaraq İstanbul Atatürk Hava limanına eniş edib.
Yəhudi özünü müsəlman kimi göstərdi, məscidləri dolaşdı - Böyük qalmaqal
Rusiyada doğulmuş yəhudi, İsrail vətəndaşı, 31 yaşlı Ben Sion sosial şəbəkələrdə fenomenə çevrilib. Yüz minlərlə insan onu lənətləyir, bir o qədər də insan Benei "çox cəsarətli insan" sayırlar.
Deputat Saakaşvilini efirdə döymək istədi, aparıcı mane oldu - VİDEO
Ukrayna telekanalının efirində Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin iştirak etdiyi proqramda gərginlik yaşanıb. Ali Radanın "Radikal partiyası"ndan olan deputatı İqor Mosiyçuk korrupsiya ilə bağlı müzakirələr zamanı az qala Saakaşvili ilə əlbəyaxa olacaqdı.
Myanma müsəlmanlarının qaytarılması ilə bağlı razılaşma imzalandı
Banqladeşlə Myanma arasında Arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb. Sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.
Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”
Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Bu barədə Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.
“Tək qol” ləqəbli terrorçu öldürüldü
Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə keçirilən əməliyyat nəticəsində öldürülən terrorçular arasında 2016 -cı ilin 29 iyun tarixində İstanbul Atatürk Hava limanında qanlı terror hadisəsinin təşkilatçılarından olan "Tək Qol" ləqəbli Ahmed Çatayev də var . Onun Türkiyədən Gürcüstana qaçaq yolla keçdiyi ehtimal edilir. Çatayevin İŞİD terror təşkilatının rəhbərlərindən biri olan Ömər Şeşeninin göstərişi ilə terror hadisələri törətdiyi bildirilir.
Faciənin qarşısı alındı
Türkiyənin Bursa şəhərindən İspaniyanın Marbela şəhərinə doğru uçuşa hazırlaşan özəl təyyarə son anda qəzadan xilas olub. Belə ki, hava limanının əməkdaşı Əminə Danışın diqqəti sayəsində uçuş zolağına çıxan təyyarənin pitot balonlarının bağlı olduğu məlum olub.
Qətərdən "küsən ölkələrdən" ilk olaraq Misir barışdı - Viza rejimini bərpa edir
Misir noyabrın 24-dən Qətərlə viza rejimini bərpa edəcək. Məlumata görə, bu barədə qərar ölkə Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib və Misir Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilib.
Meksika dəhşət içində: "Şəhərcikdə yaşayanların olduğunu bilmirdik" - VİDEO
Meksikada insanları dəhşətə gətirən hadisə baş verib. Ölkənin qərb istiqamətində yerləşən Monterey əyalətində yaşayış evləri çöküb. Bir neçə həftə öncə salınan şəhərcik tipli yaşayış məntəqələrinin hansı səbəbdən çökdüyü araşdırılır.
Əfsanəvi cazmen Con Henriks vəfat etdi
Əfsanəvi cazmen və bəstəkar Con Hendriks dünyasını dəyişib. Hendriks 96 yaşında Nyu-York şəhərindəki xəstəxanaların birində vəfat edib. Musiqiçi son günlər bu xəstəxanada müalicə olunurdu.














