Dünya

“Samsung Galaxy S9” smartfonunun təqdimatı gözləniləndən tez keçirilə bilər

23 Noyabr 2017 18:58

"Samsung Electronics" şirkəti növbəti nəsil qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarını 2018-ci il yanvarın 9-12-də Las-Veqasda keçiriləcək "CES 2018" sərgisində nümayiş etdirə bilər. Bu barədə sahə üzrə ixtisaslaşan "VentureBeat" nəşri məlumat verib.

Rusiyanın siyasi reklamlarını izləmisinizmi? - "FACEBOOK" GÖSTƏRƏCƏK

23 Noyabr 2017 18:48

“Facebook” administrasiyası istifadəçilərin 2016-cı ildə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə təsir göstərmək məqsədilə sosial şəbəkədə yaydığı siyasi reklamları izləyib-izləmədiyini müəyyənləşdirmək üçün xüsusi bölmə yaradacaq.  

Hülyadan səmimi etiraf: "Evlərini süpürərəm"

23 Noyabr 2017 18:43

Müğənni-aktrisa Hülya Avşar verilişində "Yeşilçam" ulduzları ilə bağlı maraqlı etiraflar edib.  Sənətçi "Yeşilçam"ın "dörd yarpaqlı yoncası"ı adlandırılan Tükran Şoray, Hülya Koçiyit, Fatma Girik və Filiz Akını çox sevdiyini deyib: "İcazə versələr, onların evini təmizləməyə gedərəm".  Hülyanın özündən böyük sənətkarlara təvazökar münasibəti hər kəsin alqışına səbəb olub.  

Bığları ona ÇƏTİN ANLAR yaşatdı – 25 MİLYON dollar XƏRCLƏNDİ

23 Noyabr 2017 18:38

“Warner Bros” şirkətinin istehsalı olan “Superman” filminin növbəti seriyası –“Ədalət liqası”na baş rolu canlandıran Henri Kevilin bığları damğa vurub. Ekran işini diqqətlə izləyən tamaşaçılar bəzi səhnələrdə Henrinin ağız hissəsində yaranan problemin fərqinə varıblar. Belə ki, filmdə aktyorun bığları “CGI” texnikası sayəsində montaj olunaraq, silinib. Buna səbəbi isə “Paramount Pictures” şirkətinin başqa bir filmində canlandırdığı obrazda bığlarının olmasıdır.

"Tuba Hollivuddan təklif alacaq" 

23 Noyabr 2017 18:29

İş adamı Umut Evirgenlə eşq yaşayan aktrisa Tuba Büyüküstün fala baxdırıb. Aktrisa astroloq Vedat Deleklə görüşüb. Özünün ulduz xəritəsinə baxdıran Tuba bu yaxınlarda Hollivuddan təklif alacağını öyrənib. Astroloq Büyüküstünə "Bu yaxınlarda xaricə köçəcəksən və Hollivuddan təklif alacaqsan. Avropa və ABŞ-da səni tanımayan qalmayacaq" deyib.

Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram"

23 Noyabr 2017 18:24

Müğənni Banu Parlak şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. İfaçı Okan Öztürklə evləndikdən sonra davakar xasiyyətindən əl çəkdiyini deyib: "Okanla ailə qurana kimi çox davakar idim.

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

23 Noyabr 2017 18:23

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib. Bu barədə  Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

"Zəlzələ seriyası" davam edir - Xəzər, Çin, Hindistan, İran

23 Noyabr 2017 18:00

Son 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub. Məlumata görə, Hindistan-Çin sərhədində 4,4 bal gücündə zəlzələ baş verib. Bundan başqa, İranın cənubunda Bəndər-Abbas şəhərindən 110 kilometr şimal-qərbdə 4,1 bal və ölkənin qərbində Xürrəmabad şəhərindən 60 kilometr şimal-şərqdə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində itki və ya fəsadlar barədə məlumat verilməyib.

İŞİD-dən Milad bayramı ərəfəsində terror XƏBƏRDARLIĞI

23 Noyabr 2017 17:47

İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb. Qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.

Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü

23 Noyabr 2017 17:15

Əfqanıstanda güclü partlayış törədilib. Ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb. 

Vladimir Etuşun həyat yoldaşı onun ölüm xəbərini təkzib etdi

23 Noyabr 2017 17:03

Məşhur aktyor Vladimir Etuşun həyat yoldaşı onun ölümü ilə bağlı yayılmış məlumatı təkzib edib.

Putin Ərdoğanın stulunu aşırdı

23 Noyabr 2017 16:58

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın oturduğu stulu aşırıb. Bununla bağlı “Twitter” izləyiciləri video paylaşıblar. Bu noyabrın 22-də Putin, Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında Soçidə keçirilən üçtərəfli görüşdən sonra baş verib. Görüşün nəticələri ilə bağlı liderlər mətbuat qarşısına çıxıblar. V. Putin ayağa qalxaraq özündən solda əyləşən Türkiyə prezidentinin əlini sıxıb və stulunu çəkərək qalxmasına kömək etmək istəyib, lakin stul aşıb.

“LXR” başçısı Rusiyaya qaçıb

23 Noyabr 2017 16:54

“Luqansk Xalq Respublikası”nın başçısı İqor Plotnitskinin Rusiyaya qaçdığı məlum olub.

Sorğu: Avropalıların əksəriyyəti Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir

23 Noyabr 2017 16:49

Almaniya (87%), Polşa (85%), Fransa (79%) və Böyük Britaniya (68%) əhalisinin əksəriyəti Rusiya ilə münasibətlərin yaxın zamanda yaxşılaşmasının tərəfdarıdır. Bu, "Ifop" şirkəti tərəfindən Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu üçün keçirilən sorğu nəticəsində aydınlaşıb.

Erməni əsgərlər özlərini güllələyir – ŞOK SƏBƏB

23 Noyabr 2017 16:25

İşğalçı Ermənistan ordusunun əsgərləri xidmətin çətinliklərinə dözməyərək özlərinə xəsarət yetirirlər. Karen Arekelyan adlı hərbi qulluqçu döyüş postunda atəş açaraq öz ayağını yaralayıb.