Dünya
Nazirdən son açıqlama: “NATO-dan ala bilmirksə, başqa yerdən alarıq”
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiyadan alınan “S-400” raketdən müdafiə sistemi ilə bağlı açıqlama verib. Nazir Türkiyənin hava sahəsini qorumaq məcburiyyətində olduğunu deyib.
Gələcək gəlinini görən qadın İNTİHAR ETDİ - ŞOK TƏFƏRRÜAT - VİDEO
Oğlunun evlənmək istədiyi qızın qısa boylu olmasına qəzəblənən ana özünü öldürüb. Hadisə Çinin Henan əyalətində qeydə alınıb. Adının Lin olduğu deyilən 47 yaşlı qadın oğlunun nişanlısının çox qısa boylu olmasına əsəbləşib, özünü çaya ataraq intihar edib.
Ermənistan ofşor ölkələrin qara siyahısına daxil edilə bilər
Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər. Bu barədə "Bloomberg" agentliyi xəbər verib. Ümumilikdə Aİ-nən işçi qrupu, onda olan sənədlərə əsasən, 90 yurisdiksiyanın vergi normalarına uyğunluğunu yoxlayır. Onlardan Ermənistan, Panama, Serbiya və Tunis daxil olmaqla 36 ölkə siyahıya daxil edilə bilər.
Türkiyə 22 ölkədən nə tələb edir?
FETÖ terror təşkilatının üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib. Sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək. Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kambodja, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina Faso yer alıb.
Azərbaycan sərhədinin yaxınlığındakı atışmanın səbəbi bilindi
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var
NASA Saturn planetinin yeni FOTOLARINI PAYLAŞDI
NASA Saturn planetinə göndərilən və sentyabr ayında özü-özünü məhv edən "Kassini" aparatının lentə aldığı son fotoları paylaşıb. "Kassini" Saturn planetində 13 il kəşfiyyat aparıb və missiyasını başa vuraraq atmosferə daxil olaraq yanıb.
Fahriye Evcenin gəlinliyini tikən məşhur modelyer aktrisanın YALANININ üstünü açdı
Fahriye Evcenin gəlinlik paltarını hazırlayan məşhur modelyer Rəşid Bağzıbağlı aktrisa haqqında danışıb. Modelyerin sözlərinə görə, gəlinliyin fasonunu Fahriye Evcen özü sifariş verib: "Fahriye xanımla bir neçə dəfə görüşmüşdük, gəlinliyini də özü seçib, onun istədiyi gəlinliyi tikmişik".
Növbəti “iPhone SE” gələn ilin ilk yarısında nümayiş olunacaq
"Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək. Bu barədə çindilli “Economic Daily News” nəşri məlumat verib. Şərti adı “iPhone SE 2” olan smartfon eksklüziv olaraq Tayvanın “Wistron” istehsalçısı tərəfindən hazırda orijinal “iPhone SE” modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə yığılacaq.
“Samsung” süni intellekt tədqiqatlar mərkəzi açacaq
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti süni intellektlə əlaqədar texnologiyaların hazırlanacağı tədqiqat mərkəzi açmaq niyyətindədir. Şirkət rəhbərliyi əmindir ki, süni intellektə aid alqoritmlər dördüncü sənaye inqilabının uğurunun təminatçısıdır.
2018-ci ildə 1,5 milyarddan çox smartfon satılacaq
“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək. Çinli analitiklərin məlumatına görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq. 2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.
Yeni “LTE” şəbəkəsi məlumatları 1 Qbit/saniyə sürətində ötürəcək
Səkkizinci illik “Global Mobile Broadband Forum” konfransında Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı vahid sadələşdirilmiş “LTE” şəbəkə konsepsiyasını təqdim edib.
Bütün şirkətlər mobil qurğulara edilən kiberhücumlara məruz qalır
İnformasiya təhlükəsizliyi sahəsi üzrə həllər istehsalçısı “Check Point Software Technologies” şirkəti korporativ qurğulara edilən kiberhücumlar üzrə araşdırmanın nəticələrini dərc edib. Şirkətdən verilmiş məlumata görə, rəyi soruşulmuş 850 şirkətin hər biri smartfon və planşet kompüterlərdə zərərverici proqram təminatı ilə üzləşib. Təşkilatların 89%-i korporativ “Wi-Fi” şəbəkəsinə "insan ortada" (Man-in-the-middle, MitM) adlı hücuma məruz qalıb.
Peşəkar təlim üçün virtual reallıq texnologiyaları bazarının həcmi ildə 140% artacaq
Müəssisələr təlim mühiti şəraitini təmin edən, təhlükəli vəziyyətləri dəqiq imitasiya etməyə, bahalı avadanlıq olmadan keçinməyə imkan verən virtual reallıq sistemlərindən daha aktiv istifadə edirlər.
Yeni “Google” əməliyyat sistemi “Apple” proqramlaşdırma dilini dəstəkləyəcək
Ötən həftə “Google” şirkəti 2014-cü ildə “Apple” korporasiyasının təqdim etdiyi və “iOS/macOS/tvOS/watchOS” sisteminə uyğun proqram təminatının yazılması üçün istifadə edilən “Swift” proqramlaşdırma dilinin kod bazasının genişləndirilməsini həyata keçirib. Bunun “Google” əlavələrinin “Apple” qurğularına adaptasiyası üçün lazım olmasının hesab edilməsinə baxmayaraq gözlənilmədən “Android Police” resursunun əməkdaşları “GitHub” kodunu təhlil etdikdən sonra axtarış nəhənginin “Swift” proqramlaşdırma dilinin “Fuchsia OS” əməliyyat sisteminə əlavə olunması ilə məşğul olmasını müəyyənləşdiriblər.














