Azərbaycan sərhədinin yaxınlığındakı atışmanın səbəbi bilindi

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda  iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb  borc pul olub.

APA xəbər verir ki, bu barədə "RİA Novosti"yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.   
 
Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.
 
"Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb", - deyə mənbə bildirib.  
 
Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31