Dünya
Əcnəbilərin Rusiyaya girişi məhdudlaşdırılır
Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsinə dair kvotanın azaldılması barədə sərəncam imzalayıb. Gələn il 90 min sənədin verilməsi planlaşdırılır. Bu, hazırki kvotadan təxminən 20 min azdır.
Neapolda pitseriyada atışma - 2 yaralı
İtaliyanın Neapol şəhərində atışma baş verib. Məlumata görə, iki nəfər silahlı şəxs pitseriyaya daxil olaraq bir neçə atəş açıb.
Ermənistan parlamentində vəzifə davası
2018-ci ilin aprel ayından sonra Ermənistanda hakimiyyətin yuxarı zümrəsində ciddi dəyişikliklər gözlənilir. Artıq bəzi vəzifələrin namizədləri müzakirə olunur. Parlament sədri vəzifəsi uğrunda ciddi mübarizə gedir. Məlumata görə, parlament sədri vəzifəsində yenidən Ara Babloyanı görmək mümkün olmayacaq. Çox ehtimal ki, Ara Babloyan diplomatiya ilə məşğul olacaq.
İŞİD Şimali Qafqaz və Əfqanistana "hicrət" edir?
Artıq bir neçə gündür ki, həm Rusiya, həm Türkiyə, həm də İran mediası, kütləvi informasiya vasitələrində üç ölkə prezidenti, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Rusiya Federasiyasının Soçi şəhərində keçirdiyi görüş geniş müzakirə edilir, görüşdə müzakirəyə çıxarılan məsələlər, üçtərəfli əməkdaşlığın gələcək perspektivləri, eləcə də bu əməkdaşlığın yaxın-uzaq regionlara mümkün təsirləri ətrafında mülahizələr, ehtimallar səsləndirilir.
Hollandiyadan terror təşkilatlarına DƏSTƏK
Hollandiya parlamenti terror təşkilatlarının bayraq və simvollarının qadağan edilməsinə dair təklifi rədd edib. Təklif türklərin qurduğu “DENK” partiyasının lideri Tunahan Kuzu tərəfindən irəli sürülüb. Parlament isə PKK və İŞİD də daxil olmaqla, bütün terror təşkilatlarının simvollarını qadağan edən bu təklifi rədd edib. Partiya bu təkliflə yanaşı, Hollandiyanın Fələstini tanımasını da irəli sürüb. Lakin məclis bu tələbi də rədd edib.
Pakistanda kamikadze hücumu: polislər öldü
Pakistanın Peşəvər şəhərində kamikadze hücumu təşkil edilib. Hadisə nəticəsində polis şefi Məhəmməd Əşrəf Nur ilə onun mühafizəçisi həlak olub, 4 nəfər yaralanıb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Amerikalı alimlər açıqladı: “Mükəmməl qadın üz cizgiləri bu formadadır”
Amerkalı alimlər mükəmməl qadının üz parametrlərini müəyyən edib. “Aesthethic Surgery” jurnalının yazdığına görə Floridada yerləşən Tampl Universitetinin alimləri qadınların riyazi gözəlliyinə dair üz parametrlərini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, üz quruluşu ürək şəklində olan qadınlar ideal gözəlliyə malikdir.
Ukrayna ordusu ilə rus əsgərləri arasında QARŞIDURMA: 13 ölü
Ukraynanın Donbas bölgəsində Ukrayna ordusu ilə Rusiya əsgərləri arasında gərginlik yaranıb. Hadisə nəticəsində Ukraynanın 5 əsgəri ölüb, 4-ü yaralanıb. Rus separatçılardan isə 8 nəfər ölüb, 9 nəfər yaralanıb.
Qırğızıstanın yeni prezidenti Atambayevə fəxri ad verdi - İLK FƏRMAN
Qırğızıstanda 15 oktyabr tarixində keçirilən prezident seçkilərində səs çoxluğu ilə birincilik əldə edən Sooronbay Xenbekova bu gün postunu təhvil alıb. S.Xenbekov Bişkekdə keçirilən inauqurasiyası zamanı sabiq prezident Almazbek Atambayevə "Ak şumkar" ("Ağ şahin", Respublika Qəhrəmanı) fəxri adı verəcəyini deyib: “Mən sizi Qırğızıstan və qırğız xalqı üçün fədakar xidmətlərinizə, müdrik və uzaqgörən siyasətinizə görə "Ak-Şumkar" fəxri adına layiq bilirəm.
Arakanlı qaçqınlar öz evlərinə qayıdacaq - İki ölkə RAZILIĞA GƏLDİ
Ölkədə baş verən müsəlman qırğınından sonra Myanma ilə Banqladeş razılığa gəlib. Razılaşmaya əsasən, ordu ilə buddistlərin hücumlarından qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanlar ölkələrinə geri qayıdacaq. Bu barədə Myanma hökuməti tərəfindən məlumat verilib. Ölkədə baş verən hadisələrə səssiz qaldığı üçün BMT tərəfindən sərt tənqidlərə məruz qalan lider Aunq San Syu Çi daha sonra Arakana sürpriz səfər gerçəkləşdirmişdi.
Səudiyyə şahzadələrinin “5 ulduzlu həbsxanası”ndan SON GÖRÜNTÜLƏR
"BBC” telekanalının çəkiliş qrupu Səudiyyə Ərəbistanında həbs olunan şahzadələrin və nazirlərin saxlanıldığı “Ritz-Carlton” hotelinə daxil olub. Bu çəkiliş qrupu 5 ulduzlu hotelin həbsxanaya çevrilməsindən sonra hotelə daxil olan ilk media qrupu olub. Həmin gün hotelin digər qonaqları otaqlarından çıxarılıb və çöl qapı ziyarətçilərin üzünə bağladılıb. Hoteldə çəkiliş qrupunun səs qeydi etməsinə və insanların üzlərini çəkməsinə icazə verilməyib.
Amerika strategiyasını dəyişdi: Türkiyəyə hücum ediləcək, yeni dövlət qurulacaq
Suriyada müharibənin aktiv mərhələsinin başa çatdığı elan olundu, İŞİD məğlub edildi. Bundan sonra nələr olacağı, xüsusilə ABŞ-ın yeni strategiyasının necə olacağı maraqlıdır. Türkiyəli siyasi yazar İbrahim Ərdoğan Yaxın Şərqdəki prosesləri və ABŞ-ın yeni strategiyasını şərh edib.
Misirdən ŞOK İTTİHAM - Ərdoğan Misiri işğal etmək istəyir
Misirin rəsmi xəbər agentliyi olan "MENA" nəşri ölkədə Türkiyəyə casusluq etdikləri iddiası ilə 29 nəfəri həbs edib. Onlar ölkə ərazisində onlarca sui-qəsd, terror, hakimiyyəti devirməkdə və saxta pul ticarətində ittiham edilirlər.
Amerika strategiyasını dəyişdi: Türkiyəyə hücum ediləcək, yeni dövlət qurulacaq
Səudiyyə Ərəbistanında daha bir YENİLİK - ONLAYN VİZA
Hazırda Səudiyyə Ərəbistanına səfər edən əcnəbi vətəndaşlar çox uzunmüddətli oturma izni üçün gərgin prosedurlar keçirlər. Taxta çıxacaq şahzadə Məhəmməd ibn Salman ölkə iqtisadiyyatını şaxələndirmək üçün yeni gəlir mənbələri axtarır.














