Dünya
Tramp: Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu səhv addım adlandırıb. Məlumata görə, dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb. D.Tramp bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı müzakirə edəcək.
Erməni iqtisadçı: "2018-ci ildə Ermənistanda vətəndaşların yaşayış səvisyyəsi daha da ağırlaşacaq"
“Ermənistanda 2018-ci ildə vətəndaşların yaşayış səviyyəsi daha da ağırlaşacaq”. Bunu ölkənin tanınmış iqtisadçısı Vilen Xaçatryan 2018-ci il üçün nəzərdə tutulun dövlət büdcəsinə münasibət bildirərkən deyib.
Krım tatarları ikinci kütləvi sürgün təhlükəsi ilə üz-üzə qalıb- Newsweek
NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər
Avropa Birliyi dövlətləri ilə NATO arasında qarşılıqlı etimad limiti artıq çoxdan bitib; “Qoca qitə”də ABŞ-a və Ağ Evin patronajlığı altındakı NATO-ya güvənmirlər
FETÖ-yə aid məktəblərdə çalışan 79 müəllimlə bağlı həbs qərarı
Türkiyədə FETÖ-yə aid bağlanan təhsil müəssisələrində çalışan müəllimlərə qarşı əməliyyat aparılıb.
Rusiyada azərbaycanlıdan oğurluq nömrə ilə gətirdiyi avtomobili müsadirə etdilər
Çeçenistanda Belarusda oğurlanmış nömrə ilə sürülən “İnfiniti” avtomobili saxlanılıb. Məlum olub ki, Avrasiya iqtisadi zonasına gətirilən 2003-cü il istehsallı «Infiniti G35» avtomobili gömrük bəyannaməsinə əsasən 3 ay ərzində Rusiyaya çatmalı olsa da, 3 il yubanıb.
İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”
İŞİD terror qruplaşmasının "paytaxt" elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb.
Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı AÇIQLANDI
"İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.
İranda ZƏLZƏLƏ: 36 yaralı var
Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb. Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına ziyan dəyib.
Rusiya gizli saxladığı yeni raketini sınaqdan keçirdi: ABŞ və NATO təşvişdə - VİDEO
Rusiya Müdafiə Nazirliyi Qazaxıstandakı Sarı Şaqan hərbi poliqonunda modernləşdirilən yeni raket sistemini sınaqdan çıxarıb. Yeni raket sisteminin adı açıqlanmayıb.
QƏRAR verildi: Suriyanın gələcəyi gələn həftə həll olunacaq
Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib. Cenevrədə Suriya hökuməti ilə müxalifəti razılaşmaq üçün masada oturacaq. Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə toplantısına ortaq heyətlə qatılacaqlar.
Şagird sinif otağında müəllimini elə bir vəziyyətdə VİDEOya çəkdi ki...
Amerikanın İndiana ştatındakı müəllim sinif otağında narkotik maddə çəkərkən kameraya düşüb. Kadrlar İndiana ştatındakı Lake Central High School-da çəkilib. Şagirdi Samantha Cox adlı 24 yaşlı qadını kameraya çəkib. O, görüntüləri sinif yoldaşlarına və dostlarına göstərib. Yayılan video ilə bağlı araşdırma aparılıb, Samantha saxlanılıb.
Hindistanda qatarı relsdən çıxdı - Ölən və yaralananlar var
Hindistanın Uttar-Pradeş ştatında sürət qatarının qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində azı 3 nəfər həlak olduğu, daha 9 nəfərin xəsarətlər aldığı bildirilir.
ABŞ “bordobereli”lərə qarşı hücuma hazırlaşır – Ağır silahlar GÖNDƏRİLDİ
İŞİD-dən sonra da Yaxın Şərqdə qalmağı planlaşdıran ABŞ-ın planları ortaya çıxır. ABŞ İŞİD-i bölgədən təmizlədikdən sonra Suriyada PKK/PYD-dən ibarət müstəqil dövlət qurmağı planlaşdırır. Bununla Əsəd və İrana qarşı oynamağı düşünən Vaşinqton Türkiyənin bölgədəki maraqlarına da zərbə endirməyə çalışır. Son məlumatlara görə, ABŞ Türkiyənin İdlibdən sonra müdaxilə etməyə hazırlaşdığı Afrinə külli miqdarda silah göndərir. PKK/PYD terrorçularına verilən bu silahlar türk əsgərinə qarşı istifadə olunacaq.
Pakistanda kamikadze polis rəisinin müavinini öldürüb
Pakistanın Pişəvar şəhərində kamikadze öz motosiklində Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə atəş açıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb.














