Dünya
Bu ölkədə dünyada ən böyük akkumulyator quraşdırılıb
“Tesla Motors” şirkəti Cənubi Avstraliya ştatında “Tesla Powerpack” adlı dünyada ən böyük litium-ion akkumulyatorunun quraşdırılması işlərini bitirib. Tezliklə yekun testlər keçiriləcək.
Smartfonlar üçün optik qurğu təqdim edilib
“I-O Data” şirkəti mobil qurğular üçün “DVRP-W8AI2” adlı optik qurğu təqdim edib. Yenilik DVD diskdə saxlanılan videoçarx, şəkil və başqa məzmunu smartfon və planşetin ekranında izləməyə imkan verir.
Süni intellekt elementli virtual köməkçilər operatorlara xərcləri azaltmağa kömək edəcək
Müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa çalışan rabitə operatorları texniki dəstək xidmətlərinə “telebotları” - süni intellekt elementli virtual köməkçiləri aktiv tətbiq edirlər. Bu barədə “ABI Research” tədqiqat şirkətinin hesabatında deyilir.
İşlək kvant qurğu prototipi yaradılıb
Vyana Universitetinin mütəxəssislər qrupu dünyada ilk kvant router yaradaraq ilkin uğurlu sınaqlarını keçirib. Bu, dolaşıq fotonları qəbul etməklə yanaşı, onları ötürə bilən ilk qurğudur. Bundan başqa, routerdə istifadə olunan sxem kvant internetinin yaradılmasının əsasını təşkil edə bilər.
Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb
Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır. “Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.
Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş
Harvardın psixoloqu Cerom Kaqanın rəsmi çıxışı elm dünyasını lərzəyə salıb. O bildirib ki, Diqqət çatışmazlığı və Hiperkativlik Sindromu (DÇHS) deyilən bir xəstəlik yoxdur. Bu framasevtlərin pul tələsidir.
Kutsi toy vaxtını açıqladı
Ötən ay çəkildiyi serialda atdan düşərək yaralanan aktyor-müğənni Kutsi toy vaxtını açıqlayıb. Aktrisa Feyza Çıpa ilə eşq yaşayan sənətçi səhhətinin yaxşı olduğunu deyib: “Müalicəm 2-3 ay davam edəcək. Ağrıkəsicilərlə yaşayıram. Feyza da, sağ olsun, mənə yaxşı abxdı. 2018-ci ilin yayında özümüzə toy edəcəyik”.
Türkiyə təyyarəsi təcili endi - Pilot özünü pis hiss edib
“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Serbiyanın paytaxtı Belqradda təcili eniş edib. Məlumata görə, buna səbəb pilotun özünü pis hiss etməsi olub.
Erməni siyasətçi Qarabağda hərbi hissə tikdirir
Erməni iş adamı Qagik Çarukyan Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yeni hərbi hissə tikəcək. Bunu Çarukyanın özü Hayastan Fondunun Qarabağ üçün keçirdiyi telemarafonda çıxışı zamanı söyləyib. “Mənim vəsaitlərim hesabına Qarabağda yeni, hər şeylə təchiz edilmiş hərbi hissə tikiləcək. Tikinti işləri yazda başlayacaq”, – deyə o bildirib.
Şimali və Cənubi Koreya sərhədində "səngər" davası
Şimali Koreya və Cənubi Koreya əsgərləri yenidən sərhəddə silahlı qarşıdurma yaradıblar. Cənuba keçmək istəyərkən silahdaşları tərəfindən vurulan Şimali Koreya əsgərinin görüntülərinin ardından mətbuatda əsgərlərin sərhəd xəttində "səngər" qazdığı görüntülər vəziyyəti daha da gərginləşdirib.
Məscidə silahlı hücum - 85 nəfər öldü
Misirin Sina yarımadasında yerləşən Arişte bölgəsindəki Əl Hicr məscidinə cümə namazı zamanı silahlı basqın olub. Ən az 85 nəfər dinc sakinin öldüyü, 80 nəfərdən çox insanın xəsarət aldığı bildirilir.
Şimali Koreya Ağ evə hücum edəcək
Şimali Koreyanın hücum üçün növbəti 15 hədəfi açıqlanıb. Şimali Koreyanın bir neçə ay əvvəl “sizi nüvə silahı ilə vurarıq” təhdidinin arxasındakı plan ortaya çıxıb. İngiltərənin “Daily Mail” qəzetində yazılan məqalədə Şimali Koreyanın lideri Kim Çen Inın hücum etmək istədiyi ərazilər barədə məlumatlar yer alıb. Məqalədə bildirilib ki, bununla bağlı Avropa Xarici Əlaqələr Komissiyasının məsləhətçiləri tərəfindən yeni bir hesabat hazırlanıb. Hesabatda bildirilir ki, Şimali Koreyanın hədəflərinə Ağ Ev, Manhetten və Tokio daxildir.
Feysbuk rusları ifşa edir
Feysbuk ABŞ seçkiləri ərəfəsində səhifələrin xarici qruplar tərəfindən idarə edilməsini araşdırır. Bu məqsədlə sosial şəbəkə istifadəçilərinə izlədikləri səhifənin mənbəyini açıqlayacaq. Belə ki, Feysbukun araşdırmasına görə, son iki ildə Rusiya mərkəzindən idarə edilən agentliklər tərəfindən yüksələnən məlumatlar 126 milyon amerikalıya çatıb.
Kəşfiyyatın Türkiyə ilə bağlı MƏXFİ PLANI ORTAYA ÇIXDI – İKİ HƏDƏF
Bolqarıstan kəşfiyyatının arxivlərini hissə-hissə ictimaiyyətə açıqlayan Məxfi Sənədlər Komissiyası Türkiyəyə qarşı əməliyyatın sirlərini də açıb.
Vanqadan həyat haqqında HİKMƏTLİ SÖZLƏR
Vanqanı kiməsə təqdim etməyə ehtiyac yoxdur, onu bütün dünya tanıyır. O, öz dövrünün ən güclü öngörücülərindən biridir. Axmaqlarla mübarizə aparma, onlar elə də qorxulu deyillər, onları düzəltməyə və ya dəyişməyə çalışma. Bax, zəhlətökən səfehlər ayrı məsələ, onlar həqiqətən təhlükəlidirlər. Bir hərəkətləri ilə bütün xalqı çaş-baş sala bilərlər. Elə düşünmə ki, bütün həyat qabaqdadır! Bu, yanlışdır. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır. Əgər verdiyin vədi yerinə yetirə biləcəyinə əmin deyilsənsə, söz vermə. Çünki başqasına vurduğun yara gec-tez özünə qayıdacaq.














