Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralandı

Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb. Hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.

Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb.

Hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.

Qeyd edək ki, gürcü hərbçilərindən ibarət batalyon Əfqanıstanda ABŞ-ın "Qəti dəstək" adlı missiyasını həyata keçirir. Batalyonun əsas vəzifəsi Baqram aviasiya bazasının təhlükəsizliyini təmin etməkdir. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31