Facebook artıq ən dəyərli sosial şəbəkə deyil

Çinin sosial mesajlaşma və mobil sistemi “WeChat”ın sahibi “Tencent” firması “Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub. Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan “Tencent Holdings” “Facebook”u geridə qoyub.

Çinin sosial mesajlaşma və mobil sistemi "WeChat"ın sahibi "Tencent" firması "Facebook"u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub.

Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan "Tencent Holdings" "Facebook"u geridə qoyub.

Bununla da "Tencent" "Apple", "Alphabet", "Microfost" və "Amazon"dan sonra dünyada ən dəyərli 5-ci texnologiya şirkətinə çevrilib.

Qeyd edək ki, Çində aylıq 980 milyon fəal istifadəçisi olan "WeChat" həm "WhatsApp", həm də "Facebook" kimi çalışır. Günlük 38 milyard mesajlaşma olur. Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31