NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb. Fırtınanın fotoları Yupiteri araşdıran “Yuno” kosmik gəmisi tərəfindən çəkilib. Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.
20 Noyabr 2017 15:15 DünyaAmerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb. Fırtınanın fotoları Yupiteri araşdıran "Yuno" kosmik gəmisi tərəfindən çəkilib. Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.
Qeyd edək ki, Yupiterdəki fırtına 24 oktyabr saat 10:32-də qeydə alınıb. Publika.az
