Dünya

“Nokia 9” smartfonu nə vaxt nümayiş olunacaq?

5 Dekabr 2017 19:16

Finlandiyanın mobil qurğular üçün "Nokia" brendinin sahibi "HMD Global" şirkəti qabaqcıl "Nokia 9" smartfonunun nümayişini yanvarın 19-na planlaşdırır.

“5G” şəbəkəsi ilə işləyən ilk “Huawei” smartfonu buraxılacaq

5 Dekabr 2017 19:10

“Huawei” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işləyən smartfon buraxmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Yu Çendun Çində keçirilən dördüncü Ümumdünya İnternet Konfransında (World Internet Conference) bildirib.

“Facebook” uşaqlar üçün nəzərdə tutulmuş “Messenger Kids” proqramını təqdim edib

5 Dekabr 2017 19:04

“Facebook” sosial şəbəkəsinin komandası “Messenger Kids” adlı yeni mobil proqramını təqdim edib. Yeni messencer 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

Türk professor: Bir ədəd kivi bir kiloqram portağala bərabərdir

5 Dekabr 2017 19:00

Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir. Türkiyənin Ordu Universitetinin professoru Turan Karadeniz bu qənaətə gəlib. Kivinin vitaminlə zəngin olduğunu deyən professor qeyd edib ki, 50-60 qramlıq kivi yetkin insanın gündəlik C vitaminini qarşılayır.

Avropa və Mərkəzi Asiyada 14 milyondan çox ac insan var

5 Dekabr 2017 18:50

Avropa və Mərkəzi Asiyada 14 milyondan çox insan ac qalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən nəşr olunan hesabatda qeyd olunub.

Gənc qadın fantaziyasının qurbanı oldu - Hər kəs ondan danışır

5 Dekabr 2017 18:21

22 yaşlı Maison Vallance Tennessidə yaşayır. Meqan adlı qızla sevgilidir. Maison Vallance bir anlıq diqqətsizliyin qurbanı olub və sosial şəbəkənin dilinə düşüb.

Pakistanda partlayış - Ölən və yaralananlar var

5 Dekabr 2017 18:11

Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib. Partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 8 nəfərin yaralandığı bildirilir.

Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər

5 Dekabr 2017 18:08

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır. Məlumata görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub. 

Sərkisyan generalı istefaya məcbur edib

5 Dekabr 2017 17:58

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Baş Qərargah rəisinin müavini Aykaz Baqmanyanın istefaya getməsinin səbəblərini açıqlayıb. Sarkisyan jurnalistlərə açıqlamasında Baqmanyanın onun çağırışı əsasında istefaya getdiyini bildirib. O, generalın istefaya getməsinə bir sıra iş razılaşmalarını icra etməməsini göstərib.

İran-Türkiyə sərhədinin İran hissəsində PKK terrorçuları silahlı hücum edib

5 Dekabr 2017 17:55

İran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.

İspaniyada bananların arasından 6 tona yaxın kokain çıxıb

5 Dekabr 2017 17:24

İspaniyanın Alxesiras şəhərində polis 6 tona yaxın kokain müsadirə edib. Məlumata görə, İspaniya polisinin keçiridiyi əməliyyat nəticəsində narkotik maddə bananların daşındığı konteynerlərdən çıxarılıb.

İsraildən Ərdoğana cavab: Osmanlı geridə qaldı...

5 Dekabr 2017 17:23

Türkiyə Respublikası prezidentinin təlimat və təhdidlərini qəbul etmirik. Bu barədə İsrailin Kəşfiyyat naziri Yisrail Katz danışıb. “İsrail müstəqil bir dövlətdir və Qüds də onun paytaxtıdır. Sultanlıq və Osmanlı imperatorluğunun günləri bitmişdir”, - Katz bildirib.

Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazdı

5 Dekabr 2017 17:15

Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenskinin SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş "Bjezinski dedi - Qorbaçov etdi" ("Бжезинский сказал - Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.

Qripin ölümcül növü yayıldı

5 Dekabr 2017 16:47

Rusiyada qripin ölümcül növü yayılıb. Bu mövsüm vurulmuş peyvəndlərin bu növə təsiri yoxdur. B tipli virus Qərbi Avropada yayılıb, avropalılar qripin bu növünə artıq adaptasiya olublar. Rusiyada isə vəziyyət başqa cürdür.

Bərzanidən Kərkük açıqlaması:“Referenduma görə peşman deyilik”

5 Dekabr 2017 16:45

İraq Kürd muxtariyyətinin başçısı Nerçivan Bərzani ABŞ-ın "Fox News" kanalına danışıb. Məlumata görə, Bərzani bildirib ki, referendumun keçirilməsindən peşman deyillər və bunun yanlış bir zamanda baş vermədiyini hesab edirlər.