Türk professor: Bir ədəd kivi bir kiloqram portağala bərabərdir

Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir. Türkiyənin Ordu Universitetinin professoru Turan Karadeniz bu qənaətə gəlib. Kivinin vitaminlə zəngin olduğunu deyən professor qeyd edib ki, 50-60 qramlıq kivi yetkin insanın gündəlik C vitaminini qarşılayır.

T.Karadeniz əlavə edib ki, insan orqanizmi hər gün C vitamininə ehtiyac duyur: "Orqanizmin özü bu vitamini istehsal edə bilmir. Buna görə də C vitamini kənardan alınmalıdır. C vitamini ilə zəngin olan kivi qrip və soyuqdəyməyə qarşı faydalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31