Dünya
Parlament müxalifətin bəyanatını rədd etdi
Ermənistan parlamenti Yelk bloku tərəfindən hazırlanan və ölkənin Avrasiya İqtisadi Birliyindən çıxarılmasını tələb edən sənədi qəbul etməyib. Məlumata görə, ümumilikdə 76 deputat sənədin əleyhinə, 6 nəfər isə lehinə səs verib.
Yəməndə qanlı toqquşmalar davam edir - 234 nəfər ölüb
Yəmənin paytaxtı Sənada üsyançı husilərlə öldürülən sabiq prezident Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 234 nəfər həyatını itirib. Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi yayıb.
Baş prokuror: Saakaşvilini Yanukoviçin yaxınları maliyyələşdirib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada keçirdiyi aksiyaları sabiq dövlət başçısı Viktor Yanukoviçin yaxınları maliyyələşdirib. Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bu gün keçirdiyi brifinqdə bildirib.
Qarabağa qanunsuz gedən türklər: "Bizə cinayət işi qaldırılmayıb, Çavuşoğlu da Bakıda düz danışmayıb"
Bir neçə ay əvvəl Ermənistan üzərindən işğal altındakı Azərbaycan ərazilərinə səfər edən və Qarabağdakı qondarma erməni rejiminin nümayəndələri ilə görüşən dörd Türkiyə vətəndaşı xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda yalan danışdığını bildirir.
Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir
Türkmənistan Respublikası İran İslam Respublikasını Beynəlxalq Arbitraj Məhkəməsinə verir. Ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağ tapşırıb.
Saakaşvili Ukrayna prezidentinin impiçmentini tələb etdi
Avtobusdan çıxandan sonra Mixail Saakaşvili tərəfdarlarının və KİV nümayəndələrinin müşayiəti ilə piyada öz evinə tərəf yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu izləməyib.
Ərdoğandan Rza Zərrab AÇIQLAMASI
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçısı söyləyib ki, bu günə qədər dost olaraq qəbul etdikləri qüvvələrin heyətinə zərər verməmək üçün həssaslıqla hərəkət etmişik: “Amma Suriyadakı terror qruplaşmalarınn elementlərini məhv edəcəyik".
Ərdoğan: "ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə əlaqələri kəsəcəyik"
Qüds müsəlmanların qırmızı cizgisidir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.
Rusiya 9 KİV-i xarici agent elan etdi - SİYAHI
Rusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb. Nazirlik bu KİV-lərin siyahısını açıqlayıb. Xarici agentlər siyahısına "Azad Avropa Radiosu/Azadlıq Radiosu", "Amerikanın Səsi", "Nastoyaşşeye Vremya" telekanalı, "Sibir. Realii", "Qafqaz. Realii", "Idel. Realii", "Krım. Realii", "Azadlıq Radiosu"nun tatar-başqırd xidməti və "Faktoqraf" salınıb.
Fransa aeroportunda ATIŞMA - Ölən və yaralananlar var
Fransanın Korsika adasında Bastiya-Poretta hava limanında atışma baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Raqqadan çıxan İŞİD başkəsənləri Türkiyə üzərindən Avropaya keçdi
Suriya Demokratik Qüvvələri ilə əldə edilmiş razılaşma çərçivəsində Raqqadan təxliyyə edilən özünü İslam Dövləti (İD) adlandıran qruplaşma üzvləri fürsətdən istifadə edərək Türkiyə vasitəsilə Avropaya keçib. Bunu İngiltərənin “The Times” qəzeti iddia edib.
Kreml Saakaşvili barədə: “Damda oturan adamların hərəkətlərini şərh etmirik”
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu gün Kiyevdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsini şərh edib.
Nalbandyan Ermənistan prezidenti ola bilər
Gələn ilin mart ayında Ermənistanda keçiriləcək prezident seçkilərinə ölkə başçısı postuna ən real namizəd xarici işlər naziri Edvard Nalbandyandır. Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Radionun rəhbəri Rusiya prezidentliyinə namizədə 19 min dollarlıq sırğa bağışladı
“Exo Moskvı” radiosunun rəhbəri, məşhur jurnalist Aleksey Venediktov həmkarı, Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçaka dəyərli hədiyyə təqdim edib.
İşçilərini Whatsapp-la təlimatlandıran bələdiyyə başçısı həbs olundu
Braziliyalı bələdiyyə başçısı qadın təhsil üçün nəzərdə tutulan büdcədən külli miqdarda pul mənimsədiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Lidiane Leite adlı qadın pulları mənimsəməsi ilə bağlı iddialar yayılmağa başladığı zaman, 2015-ci ilin avqust ayında ona tapşırılan Bom Jardim qəsəbəsindən qaçıb. 27 yaşlı Lidiane Leite idarəetmə işlərini Whatsapp vasitəsi ilə tənzimləyib. Sao Luizdə (onun idarə etdiyi qəsəbədən 180 mil uzaqlıqda) lüks həyat yaşayan qadın işçilərini sosial şəbəkə vasitəsi ilə təlimatlandırıb.














