Avropa və Mərkəzi Asiyada 14 milyondan çox ac insan var
Avropa və Mərkəzi Asiyada 14 milyondan çox insan ac qalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən nəşr olunan hesabatda qeyd olunub.
5 Dekabr 2017 18:50 DünyaAvropa və Mərkəzi Asiyada 14 milyondan çox insan ac qalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən nəşr olunan hesabatda qeyd olunub.
Ekspertlər vurğulayırlar ki, son on il ərzində region aclıqla mübarizədə əhəmiyyətli irəliləyişlərə nail olub,son 10 illikdə regionda aclıqla bağlı aparılan mübarizə nəticəsində xeyli irəliləyiş əldə olunub.
Ən pis vəziyyət Tacikistanda qeydə alınır. Belə ki, orada 2,5 milyondan çox insan ac qalır. Özbəkistanda isə bu rəqəm 2 milyonla əvəz olunur.
FAO-nun hesabatında həmçinin qeyd olunur ki, regionda aclıqla yanaşı, həddindən artıq qidalanma ilə bağlı problemlər də mövcuddur. Belə ki, 2000 və 2014-cü illər arasında böyüklər arasında obez insanların sayı 30 faiz artıb. Kilolu insanların ən çoxu Cənub-Şərqi Avropada yaşayır. Orada Piylənmənin əsas səbəbləri-insanların gəlirləri, yüksək kaloritli qida qəbulu və oturaq həyat tərzidir. Sia.az xarici mətbuata istinadən xəbər verir.