Dünya

Medvedyevdən azərbaycanlılara da təsir edəcək qərar

8 Dekabr 2017 13:17

Gələn il Rusiya ölkədə çalışan xarici dövlətlərin vətəndaşlarının sayını azaldacaq. Bu barədə əmri Rusiya Baş naziri Dmitri Medvedyev imzalayıb. Əmrə əsasən, xarici işçilərin sayı 140,423 nəfər və ya keçən ilə nisbətdə 20% azalacaq. Belə bir addımın atılmasına əsas səbəb kimi ölkədəki tələbatın azalması göstərilib. 

İŞİD neftini bu məşhur şirkət alırmış - Şok

8 Dekabr 2017 13:15

Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib. Bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.

Ərəb sərmayəsi Türkiyəyə axın edəcək – Bəhreyn

8 Dekabr 2017 13:09

Körfəz Əməkdaşlıq Şurasında qeyri-sabitlik hökm sürdükcə, ərəb sərmayəsi Türkiyəyə axına davam edəcək. Bu barədə Bəhreyn İslami Bankının rəhbəri Hassan Cərrar danışıb. Onun sözlərinə görə, ərəb sərmayəsi daha çox Türkiyənin daşınmaz əmlak və turizm sektoruna maliyyə yatıracaq.

Tanrı qüdrətli deyil?

8 Dekabr 2017 13:07

“Qüdrətlilik paradoksu”ndan danışacağıq... Əvvəlcə gəlin görək, ümumiyyətlə, “paradoks” nədir? Paradoks – məntiq elmində çox istifadə edilən anlayışlardan biridir. Yunan dilində tərcümədə “qəribə”mənasını verir.

Ermənilər də Trampa qarşı çıxdı

8 Dekabr 2017 13:00

Livandakı Böyük Kilikiya Evinin katalikosu I Aram ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını "qəbuledilməz" adlandırıb.  I Aram bunu Livan prezidenti Mişel Aunla görüşü zamanı bildirib: “Bu qərar beynəlxalq hüquq normaları və və tarixi həqiqətə uyğun deyil.

Trampın çıxışındakı qüsurlar ölkəni qarışdırdı - VİDEO

8 Dekabr 2017 12:58

Qüds qərarını elan edərkən Trampın danışığındakı qüsurlar media işçilərinin diqqətini çəkib.  ABŞ prezidenti Donald Tramp çıxışı zamanı tez-tez kəkələyib, bəzi sözləri isə ümumiyyətlə düzgün tələffüz edə bilməyib. Bu barədə bir zamanlar Trampla mübahisə yaşayan jurnalist Co Skarbrouqt danışıb. O bildirib ki, prezidentin anası da bu yaşlarda iflic keçirtmişdi: “Prezident deyəsən qocalır. Danışarkən artıq protezləri oynayır. Anası kimi o da sürətlə qocalır və danışığındakı qüsurlar da yaşlılıq əlamətləridir”.

Ərəbistan dənizində faciə — 18 ölü

8 Dekabr 2017 12:36

Ərəbistan dənizində faciə baş verib. 100-dən sərnişini olan qayıq pis hava şəraiti səbəbindən batıb. İnsident nəticəsində 18 nəfər həlak olub. 40-dan çox sərnişin xilas edilsə də, onlarla itkin düşən var. Hadisə Pakistan sahillərində baş verib. Sərnişinlər arasında uşaq və qadınlar var. Sahildən 6 km aralıda batan qayıqda ölənlərin sayı 18 nəfərdir.

ABŞ Şimali Koreya ilə birbaşa dialoqun şərtini açıqladı

8 Dekabr 2017 12:34

ABŞ hökuməti Şimali Koreya ilə birbaşa dialoqa hazır olduğunu bildirib. Rəsmi Vaşinqtonun yeganə şərti Pxenyanın nüvəsizləşmə prosesinə başlamasıdır. Bu barədə xəbəri ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert verib. 

Yaponiyada samuray qılıncı ilə qətliam

8 Dekabr 2017 12:33

Yaponiyada bir məbəddə dəhşətli qətliam törədilib. Baş rahib qardaşı tərəfindən öldürülüb. Hücumçu məbəddəki iki nəfərə də hücum edib. Qatil samuray qılıncından istifadə edib. Hadisə Tokioda baş verib.

Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

8 Dekabr 2017 12:24

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək. Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib. O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq. Səfir, həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.

“Türkiyə hərəkətə keçərsə...” – ABŞ üçün QORXUNC XƏBƏRDARLIQ

8 Dekabr 2017 12:13

“Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarı Vaşinqton üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”. Bu xəbərdarlığı ABŞ Konqresinin demokrat senatoru Şeldon Vitehuz edib. Trampın qərarını sərt şəkildə tənqid edən senatorun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini poza bilər.

200 min insan evlərini tərk etdi

8 Dekabr 2017 12:04

Koliforniyanın Los Anceles şəhərində  günlərlə davam edən meşə yanğını şəhər sakinlərini çətin duruma salıb. Olaylar.az bildirir ki, küləyin təsiri ilə söndürlməsi mümkün olamayan alov 200 min insanı evindən didərgin salıb. Artıq yanğın Koliforniyanın qərb istiqamətini hədəf alıb.

"Bu, Amerikanın qərarına qarşı ən ağır cavabdır"

8 Dekabr 2017 11:40

Livanın "Hizbullah" hərəkatı Amerikanın Qüds şəhərini İsrailin paytaxtı elan etməsindən sonra Fələstində başlayan etiraz aksiyalarını dəstəkləyib.  "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullahyeni intifadanın başlamasının tərəfdarı olduğunu bildirib. 

Bütün Türkiyə ayağa qalxır - ABŞ-ın Qüds qərarına görə

8 Dekabr 2017 11:39

Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək. Etiraz aksiyaları cümə məscidindən dərhal sonra başlayacaq. Ankara və İstanbulda etirazlar ABŞ səfirliyi və baş konsulluğu qarşısında da keçiriləcək.

Rusiya DİN-in baş kriminalisti həbs olunub

8 Dekabr 2017 11:10

Rusiya DİN Ekspert-Kriminalistika Mərkəzinin rəisi, general-leytenant Pyotr Qrişin Moskvanın Basmannı Məhkəməsinin qərarı ilə 2018-ci ilin fevralınadək həbs edilib. Məhkəmə istintaq orqanlarının vəsatətini təmin etməyə qərar verərək, general barəsində 2018-ci ilin fevralın 5-dək həbs qətimkan tədbiri seçib.  Həmçinin sahibkar Sergey Narutov və general Qrişinin müavini Oleq Mazur da analoji müddətə həbs ediliblər.