Dünya

İsraildə Trampın adına park olacaq

8 Dekabr 2017 10:49

İsrail Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adını verəcək. Bu barədə Kiryat-Yam şəhərinin meri David Even Tsur mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, ABŞ prezidentinə cəsarətli addımına görə bir təşəkkürdür.

İki futbolçu avtomobil qəzasında öldü

8 Dekabr 2017 10:47

Bosniya və hersoqovinalı futbolçular İbro Merdan və Benaris Karamoviç avtomobil qəzası keçirib. Finlandiya alt qrup komandası “Narpes Kraft”da forma geyinən futbolçular hadisə yerində həlak olublar.

Mayk Pens "istənməyən adam" elan edildi

8 Dekabr 2017 10:39

ABŞ Prezident köməkçisi Mayk Pens Fələsdində “istənməyən adam” elan edildi.  Prezident köməkçisi 19 dekabrda İsrail prezidenti Mahmud Abbasla görşmək üçün ölkəyə səfər edəcək.  Ər-Rücup bütün ABŞ-ın hakimiyyət subyektlərinin Ərəb ölkələri tərəfindən “səlahiyyətsiz sayılsın” fikrini təstiqə səsləyib.

Tuba Büyüküstün dəbdəbəli görünüşü ilə ƏRƏBLƏRİ HEYRAN QOYDU

8 Dekabr 2017 10:38

Tuba Büyüküstün 14-cü Dubay Film Festivalında ərəblərin qəlbini bir daha fəth edib. Son vaxtlarda boşanması və özündən gənc sevgilisi ilə tez-tez gündəmə gələn türkiyəli ulduz 14-cü Dubay Film Festivalında iştirak edib. O, festivalın əsas ulduzlarından biri olub. Ərəb ölkələrində çoxlu pərəstişkarları olan Tuba Büyüküstün qırmızı xalçada poza verib.

Lavrov: “İslam ilə terror arasında bərabərlik işarəsi...”

8 Dekabr 2017 10:29

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xristianların Təhlükəsizliyi Konfransında İslam və terrorizm haqqında fikirlərini bölüşüb. Lavrov İslam dini ilə terrorizm anlayışları arasında bərabərlik işarəsi qoyulmasının yanlış olduğunu bildirib.

Rza Zərrabın 7 səhifəlik razılaşması ORTAYA ÇIXDI

8 Dekabr 2017 10:25

ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyasını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi razılaşmanın detalları ortaya çıxıb. Detallar Türkiyənin “Milliyyət” qəzetinin yazarı Kortan Toygar tərəfindən mətbuata verilib. O, məqaləsində yazdığı məlumatların siyasi dəyər daşımadığını və tamamilə hüquqi olduğunu qeyd edib. Rza Zərrabın ABŞ məhkəməsi ilə əldə etdiyi razılaşma belədir: Qəbul etdiyi ittihamlar:

Terroru təbliğ edən şaxta baba

8 Dekabr 2017 10:07

PKK terror təşkilatının Almaniyada fəaliyyət göstərən tərəfdaşları yeni il öncəsi şaxta baba qiyafəsində uşaqları hədəf alıblar. Olaylar.az bildirir ki, “şaxta baba”-lar məktəblərdə, uşaqların daha çox olduğu parklarda uşaqlara terror təşkilatının təbliğ edən məlumat kitabcası və oyuncaqlar “hədiyyə” ediblər. Alman vətəndaşları “şaxta baba”lara heç bir reaksiya verməyiblər. Lakin, Almaniyada yaşayan türklər bu duruma etiraz ediblər.

Baş nazir istefa verdi

8 Dekabr 2017 09:16

Rza Zərraba qarşı ŞOK İDDİA - Həbsxanada afrikalı məhkumu zorlayıb

8 Dekabr 2017 09:15

ABŞ-da Hakan Atillaya qarşı şahidlik edən Rza Zərrab haqqında ortaya qeyri-adi iddia atılıb. Həbsxanada onunla birlikdə olan məhbus yoldaşı Zərrabın ona təcavüz etdiyini söyləyərək iddia qaldırıb. “New Tork Times”dan Benjamin Veyserin xəbərinə görə, Zərrabla 2016-cı ilin noyabr ayından 2017-ci ilin mart ayına kimi həbsxanada eyni məkanı paylaşan məhkum Zərrab tərəfindən təcavüzə məruz qaldığını deyərək ona qarşı məhkəmədə iddia qaldırıb.

Prezidentlər Qüdsü müzakirə etdilər

8 Dekabr 2017 09:04

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı ABŞ prezidenti Donald Trampın Qüdsə dair bəyanatından sonra Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb

8 Dekabr 2017 09:03

Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin  tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb. Hüceyrə biologiyası, bitkilər fiziologiyası, neyrodeqenerativ xəstəliklər, riyaziyyat və kosmologiya sahəsində çalışan tədqiqatçılar bu nüfuzlu elmi mükafatın qalibləri seçiliblər.

2019-cu ildə planet əhalisinin 50%-i internetdən istifadə edəcək

7 Dekabr 2017 19:39

“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyard təşkil edəcək. Analitik şirkətin qiymətləndirməsinə görə, bu il planet əhalisinin təxminən 47%-i masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğunun köməyi ilə ən azı ayda bir dəfə internetə daxil olub.