Dünya
2018-ci ildə mobil proqramlara ildə 110 milyarddan çox dollar xərclənəcək
“App Annie” şirkətinin yeni hesabatına əsasən, 2018-ci ildə istifadəçilər mobil proqramlara 110 milyard ABŞ dolları xərcləyəcəklər. Şirkətin analitikləri bildiriblər ki, 2018-ci ildə mobil proqramlara xərclər ötən illə müqayisədə 30% artacaq. İstifadəçilər əvvəlki kimi oyunlara çox pul xərcləyəcək. Ancaq “App Annie” şirkətindən bildiriblər ki, oyunlar əvvəlki kimi ən gəlirli kateqoriya olsa da, ancaq abunə təklif edən mobil proqramlar oyun kateqoriyasına ciddi rəqibdir.
Masaüstü kompüter və noutbukların 60,6 %-də bu brauzer istifadə edilir
"NetMarketShare" xidmətinin məlumatına görə, 2017-ci ilin noyabrında "Chrome" brauzerinin payı 60%-i ötüb. Cari ilin noyabrında masaüstü kompüter və noutbukların 60,6%-də internetə çıxış üçün "Chrome" brauzerindən istifadə edilib.
“Snapdragon 835” prosessorlu ilk “Windows” noutbukları təqdim olunub
“HP” və “ASUS” şirkətləri “Qualcomm Snapdragon” mobil prosessorları əsasında yaradılan “Windows” sistemli ilk noutbuklar təqdim ediblər. “Microsoft” korporasiyası qurğuları daim qoşulmuş fərdi kompüterlər adlandırır. Noutbuklar dördüncü nəsil rabitə şəbəkələrində (4G) işi dəstəkləməklə məlumatları 1 Qbit/saniyə sürətində ötürmə imkanına malikdir. Lakin əsas fərqləndirici cəhət avtonom iş vaxtıdır: qurğular enerji ilə tam doldurulmaqla aktiv rejimdə bir gün və ya gözləmə rejimində bir həftə işləyir.
Gələn ilin əsas kibertəhlükələri açıqlanıb
"Kasperski Laboratoriyası" şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq.
Unikal süni intellektlər yaradan neyroşəbəkə təqdim olunub
Bu ilin yazında “Google Brain” şirkətinin mühəndisləri insanın iştirakı olmadan unikal süni intellektlər yaradan “AutoML” süni intellektini təqdim ediblər. Bu yaxınlarda isə məlum olub ki, “AutoML” ilk dəfə insan tərəfindən yaradılan bütün kompüter görmə sistemlərinin analoqlarını üstələyən sistem hazırlayıb. Süni intellektə əsaslanan sistem, məsələn, avtonom avtomobillərin, eləcə də robot texnikasının inkişafına töhfə verməklə robotların görmə qabiliyyətini yeni səviyyəyə çıxarmağa imkan verə bilər.
“5G” şəbəkəsində 1,7 Qbit/saniyə sürətinə nail olunub
“Samsung Electronics” və Yaponiyanın “KDDI” telekommunikasiya şirkəti saatda 100 km sürətlə hərəkət edən qatarda beşinci nəsil mobil rabitə şəbəkəsinin uğurlu sınağını keçirib. Sınaqlar oktyabrda Tokio yaxınlığında yerləşən Saytama şəhərində baş tutub. Eksperiment zamanı qatarın sərnişinləri “8K” formatlı videonu yükləyiblər, daha sonra “4K” ölçüsündə videoçarx çəkərək onu montaj etməklə internetə yükləyiblər.
Tacı əlindən alınan modelin 1 ilədək həbsi istənilir
Sentyabrda "Miss Turkey 2017" seçilən, lakin daha sonra Twitterdə 15 iyul şəhidlərini təhqir edən paylaşımları səbəbindən tacı geri alınan model İtır Esenə daha bir zərbə vurulub. Model haqqında açılmış "Xalq arasında sosial, irqi, dini və cinsi ayrı-seçkilik salaraq təhqir və böhtan" cinayət işi yekunlaşıb.
Daha bir qazaxıstanlı kosmosa uçacaq
Qazaxıstanın “Qarış Saparı” şirkətinin vitze-prezidenti, kosmonavt Aydın Aimbetov özünün 50 illik yubileyində çıxışı zamanı, daha bir qazaxıstanlı kosmonavtın kosmosa uçacağını bildirib.
İstanbulda silahlı hücum: Yaralılar var
İstanbulun Beşiktaş rayonunda ofislərdən birinə silahlı hücum olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. İnsidentlə bağlı çox sayda şübhəli şəxsin saxlanıldığı bildirilir.
Daha bir ölkə eynicinsli nikahları rəsmiləşdirdi
Avstraliya parlamentinin nümayəndələr palatası mütləq səs çoxluğu ilə eynicinsli nikahların qanuniləşdirilməsi barədə qərar qəbul edib. Avstraliyanın baş naziri Malkolm Ternbull qərarı alqışlayıb. General-qubernatorun yaxın günlərdə bu qərarı təsdiqləyəcəyi deyilir.
Çörçillin eynəyi 10 min dollara satıldı
Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçillin oxumaq üçün istifadə etdiyi eynək hərraca çıxarılıb. Eynək 9,8 min dollara satılıb. Qiymət eynəyin ilkin hərrac dəyərindən 5 dəfə yüksək olub. Dövlət xadimini ayrılmaz əşyası olan eynəkdən 3 ədəd olub. Digər ikisinin harda olduğu məlum deyil.
Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma
ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır. Məlumata görə, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar.
Özbəkistan İran limanlarına çıxış planı hazırlayıb
Daşkənd və Kabul Məzari-Şərif-Herat avtomobil və dəmir yolunun və Özbəkistandan Əfqanıstanın Baqlan vilayətinə elektrik xəttinin inşasına başlayacaqlar. Bu barədə razılıq Daşkənddə Əfqanıstan və Özbəkistan prezidentləri Məhəmməd Əşrəf Qəni və Şavkat Mirzoyeyev arasında keçirilən danışıqların yekununda əldə olunub. İki ölkənin sərhədində artıq "Termez-Karqo” loqistik mərkəzi yaradılıb. "Bu mərkəzin funksiyası tək ixrac deyil, eləcə də Əfqanıstanın idxal əməliyyatlarında istifadə olunacaq”,- deyə Özbəkistan prezidentinin xüsusi nümayəndəsi İsmatilla İrqaşev bildirib. İki ölkənin liderləri bu il ərzində dəfələrlə görüşüblər.
"Ukraynada baş verənlər “demokratik” eksperimentdir" - Politoloqlar belə düşünür
Ukraynada sonuncu "Maydan” hadisələrindən sonra siyasi qalmaqallar bir-birini əvəzləməyə başladı. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru oldu. Lakin Ukraynada ard-arda siyasi kataklizmlər dünya mediasının gündəmini zəbt etməyə başladı. Hətta bu günlərdə M.Saakaşvili ilə bağlı baş verən hadisələr yeni siyasi böhrana gətirib çıxarıb. Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş qubernator Saakaşvili ilə bağlı atdığı addımlar isə Qərbin heç də diqqətindən kənarda qalmayıb. Hətta bu bəyanatlarda açıq şəkildə olmasa belə, Saakaşvilinin dəstəkləndiyi hiss edilir. Halbuki, indiki prezident Poroşenko məhz Qərbin dəstəyi ilə iqtidara gəlib. Belə olduqda bir çox suallar ortaya çıxır: hazırda Ukraynada nə baş verir?
Ermənistanda ərzağın qiyməti artacaq
Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyün fəsadlarını hiss etməyə başlayır. Belə ki, yeni ilin ilk günündən işğalçı ölkədə bir sıra ərzaq məhsullarının qiymətləri qalxacaq. Bu onunla əlaqədardır ki, 1 yanvar 2018-ci ildən Ermənistanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları qüvvəyə minəcək. Bunun nəticəsində Aİİ-yə daxil olmayan ölkələrdən idxal olunan mallara əlavə rüsum qoyulacaq. Aİİ-yə daxil olmayan ölkələrdən gətirilən gündəlik tələbat mallarından toyuq ətinin, südün, kərə yağının, bitki yağlarının, çayın bahalaşacağı gözlənilir.














