Dünya
Acun Zərraba necə kömək etdi?
Türkiyəli prodüsser, TV8 –in prezidenti Acun Ilıcalının adı Rza Zərrabla birgə hallanır. Olaylar.az bildirir ki, iddialara görə Azərbaycan əsilli, İran vətəndaşı olan və hazırda Amerikada davam edən məhkəmə prosesi ilə diqqətləri üzərinə çəkən Rza Zərrabın adıçəkilən ölkəyə qaçmasına Acun Ilıcalı kömək edib.
Ukrayna prezidenti Ali Radaya ultimatum göndərdi
Ukrayna prezidenti Petro Poroşenko ölkənin Ali Radasına ultimatum göndərib. O qeyd edib ki, Ukrayna parlamenti Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı konkret iş görməsə, prezidentlik hüququndan istifadə edərək qanun layihəsini qəbul edəcək.
Londonun meri Trampa: "Britaniyaya səfər etmə"
Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı Qüdslə bağlı qərarından sonra Böyük Britaniyaya səfər etməməyə çağırıb. S.Xan ABŞ prezidentinin bu qərarının narahatlıq doğurduğunu açıqlayıb. Mer deyib: "O, bu qərarı ilə müsəlman dünyasına etdiyi təhqiri anlamır".
Bir ayda 410 suriyalı həlak oldu
Suriyada eyni anda ən az 5 nəfər həlak olur. Suriya İnsan Haqqları təşkilatının məlumatına əsasən ilin əvvəlində Suriya rejimi və İŞİD terror təşkilatı tərəfindən 358 qətlim həyata keçirilib. Olaylar.az bildirir ki, oktyabr ayında ən azı 33 qətliam olub.
Romada polis məntəqəsi qarşısında PARTLAYIŞ
İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, partlayışın törətdiyi fəsadlar ciddi olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiya olaraq, partlayışın anarxistlər tərəfindən törədildiyi ehtimal olunur.
SON DƏQİQƏ: İsrail Qüdsə ordu yeridir
Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyada böyük əks-səda doğurub.
“İŞİD üzvü olan ingilislər öldürülməlidi” – Müdafiə naziri
İngiltərənin yeni müdafiə naziri Qavin Villiamson İÇİD terror təşkilatının üzvü olan Britaniya vətəndaşlarının öldürülməli olduğunu açıqlayıb. Olaylar.az bildirir ki, nazir İŞİD üzvü olanlan vətəndaşların öz ölkələrinin dəyərlərinə nifrət edirlər. Suriya və İraqda 270 britaniyalının İŞİD - ə xidmət etdiyini vurğulayıb.
ABŞ dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik"
"ABŞ ATƏT-in Minsk qrupununDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağmünaqişəsində irəliləyiş əldə etməliyik". Məlumata görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.
Bıçaq Qüdsə dirənəndə: Ağ Evdəki qərar qara gəldi
Hər valideynin övladına verdiyi nəsihətlər arasında belə sözlər var: "Odun üzərinə yağ tökmə".
ABŞ-ın Qüds qərarı
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı ortaya qoyduğu mövqe Yaxın Şərqdə onsuz da mövcud olan gərginliyi bir qədər də artırıb. Ağ Evə rəhbərliyə gəldiyi ilk gündən prezidentliyi dövründə Yaxın Şərq problemini həll edəcəyini əminliklə vurğulayan Birləşmiş Ştatlar prezidenti son atmış olduğu addımla, əksinə regionda vəziyyəti daha da drammatikləşdirib. Bir qədər də konkretləşdirsək Tramp bu açıqlaması ilə müsəlman dünyası, İslam coğrafiyasının hədsiz nifrətini qazanıb. Bu nifrət hissi Ankaranın, Tehranın, Vaşinqtonun müttəfiqi olmasına baxmayaraq hətta Ər-Riyadda belə hiss edilməkdədir.
Hərbi Əks-Kəşfiyyat İdarəsnin sabiq rəisi həbs edilib
Dekabrın 7-də Polşanın Hərbi Əks-Kəşfiyyat İdarsənin sabiq rəisi general Petr Pıteli Hərbi Polis tərəfindən həps edilib. “Olaylar”ın Türkiyə bürosu xəbər verir ki, general Rusiya xüsusi xidmət oraqnları ilə əməkdaşlıqda ittiham olunur.
Rusiyada helikopter qəzaya uğradı
Rusiyanın İrkutsk vilayətində “Evrokopter AC-50” helikopteri qəzaya uğrayıb. Helikopterin Bratsk rayonu ərazisində yoxa çıxdığı bildirilir. Helikopterin tapılması istiqamətində axtarışlara başlanılıb.
HƏMAS İsrailə qarşı 3-cü intifadaya başlayır – Təcili
HƏMAS ərəbləri İsrailə qarşı ayağa qalxmağa səsləyib. Hərəkat ərəbləri Fələstində yeni intifadaya səsləyib.
Ancelina Coli nikahını qorumaq üçün bu yola əl atdı
Ancelina Coli etiraf edib ki, rejissoru olduğu “Dəniz kənarında” filmini Bred Pittlə nikahını qorumaq üçün çəkib. Ancelina Coli 2015-ci ildə lentə alınan film sayəsində ailə həyatlarına bir şans verdiklərini deyib.













