Dünya

Türkiyə Trampa cavab hazırlayır: Qüdsün yerinə Aya Sofya

7 Dekabr 2017 13:39

Trampın Qüds qərarına qarşı olaraq Aya Sofya ibadətə açılmalıdır. Bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Tayyar Tvitter səhifəsində paylaşıb.

Zeytuni üzr tələb etdi: Makron kəllə sümüyünü verir

7 Dekabr 2017 13:37

Paris muzeyində qorunan əlcəzairli üsyançılara məxsus kəllə sümüklərini Əlcəzairə verməyə hazırıq. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. “İki ölkə arasındakı əlaqələrin canlanmasını və kəllə sümüklərinin təhvil verilməsini istəyirəm. Bu barədə qəti qərar verəcəyəm”, - Makron bildirib.

Çexiya Qüdslə bağlı qərarını açıqladı

7 Dekabr 2017 13:33

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Çexiya da qərarını açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyi 1967-ci il sərhədləri əsas götürülərək Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib.

Ermənistanda hərbçilər qəzaya düşdülər

7 Dekabr 2017 13:25

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb. Hadisə bu gün səhər Vanadzor-Dilican avtomobil yolunda baş verib. "Ford" markalı avtomobil hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinə dəyib. Avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Onların hər ikisi hərbçidir. Yaralılar Vanadzorda hərbi hospitala yerləşdiriliblər. Sürücünün vəziyyəti orta ağır, sərnişin vəziyyəti ağır qiymətləndirilir. 

16 yaşlı şagirdi ilə parkda əlaqəyə girən müəllim həbsxanada gülərək poza verdi

7 Dekabr 2017 13:09

3 dənə ... udsanız, bədəninizdən bir yığın bağırsaq qurdları təmizlənəcək

Trampın Qüdslə bağlı qərarının arxasındakı 3 səbəb

7 Dekabr 2017 12:56

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyanın gündəmini dəyişib. Trampın qalmaqallı qərarı müsəlman ölkələrinin etirazına səbəb olub. Eləcə də Böyük Britaniya və Fransa daxil olmaqda 8 ölkə BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bundan əlavə ABŞ-ın Qüdslə bağlı qərarına etiraz olaraq Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclası keçiriləcək.

Qadını çamadanda Türkiyəyə keçirmək istədilər

7 Dekabr 2017 12:47

Gürcüstan vətəndaşı çamadanında qadını Türkiyəyə keçirməyə çalışıb. Sərhədçilərin diqqətini Artvin vilayətində sərhəd-keçid məntəqəsində özünü şübhəli aparan şəxs cəlb edib. Axtarışlar zamanı, ölkəyə qeyri-leqal yolla daxil olmağa çalışan 22 yaşlı qadın aşkar edilib.

Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...

7 Dekabr 2017 12:26

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüds şəhərini İsrail Dövlətinin paytaxtı kimi tanıdığını və Birləşmiş Ştatların Təl Əvivdəki səfirliyinin Qüdsə köçülməsi ilə bağlı hazırlıq görülməsi üçün təlimat verdiyini elan etdi. Bununla da dünya gündəmi bir anda dəyişdi.

İran XİN: “Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır”

7 Dekabr 2017 12:22

İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.

Qüds qalmaqalı: 8 ölkə Trampa qarşı təcili iclas çağırdı

7 Dekabr 2017 12:13

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatına etiraz olaraq BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək. Trampın Qüdsün statusu ilə bağlı bəyanatına görə 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Saakaşvilinin yaxın adamı həbs edildi

7 Dekabr 2017 12:07

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin tərəfdarı olan Severion Danqadze həbs olunub. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan söyləyib. Sarqan onun Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsddə ittiham edildiyini bildirib. Danqadzeni 5 il müddətinə həbs cəzası gözlədiyi vurğulanıb.

ABŞ-dan növbəti Fələstin qərarı: Yardımlar dayandırılır

7 Dekabr 2017 12:03

ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın verilməsi dayandırılıb. Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji addımın atılması məsləhət görülüb.

ABŞ-dan İsrailə məxfi məktub: Hələlik sakit durun

7 Dekabr 2017 12:02

Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından bir qədər öncə ABŞ Dövlət Departamenti İsrailə məxfi məktub göndərib.Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

“ABŞ və İsraildən başqa…” - Ərdoğandan sərt QÜDS BƏYANATI

7 Dekabr 2017 11:58

“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni atəşin içinə atmaqdır”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.

İrəvanın daha bir biabırçılığı ÜZƏ ÇIXDI: 12 min erməni ordudan qaçdı və...

7 Dekabr 2017 11:57

Ermənistan parlamentində “Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında” qanun yenidən gündəmə gəlib. Erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiadjyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif ediblər. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.