Dünya

“Müharibə mütləq başlayacaq!” - ABŞ-a MEYDAN OXUDU

7 Dekabr 2017 11:23

“Koreya Xalq Demokratik Respublikası müharibəyə cəhd etmir, eyni zamanda müharibədən çəkinməyəcək”. Bu haqda Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ

7 Dekabr 2017 11:21

Amerikada həbsxanada olan Rza Zərrabdan boşanmağa qərar verən Ebru Gündeş əkiz villasından köçür. Sənətçi əşyalarını toplamağa başlayıb. Dünən Ebru Gündeş kameralara görünməmək üçün mühafizə xidmətinin və xadimələrin köməyi ilə evə daxil olub və çıxıb.

Rəsmi Bakıdan Qüds AÇIQLAMASI

7 Dekabr 2017 10:05

Darıxdırıcı filmlər hansılardı?

7 Dekabr 2017 09:45

NME jurnalının tənqidçi və oxucuları kinematoqrafiya tarixində ən darıxdırıcı 20 filmin adını açıqlayıb. Səsvermədə iki minə yaxın insan iştirak edib. Reytinqdə birinci sırada “Bozun əlli çaları” filmi qərarlaşıb. Bu filmi səs verənlərin 34%-i darıxdırıcı hesab edib.

Rusiya ABŞ-ın Qüds qərarını dəstəkləmədi

7 Dekabr 2017 09:42

Rusiya höküməti ABŞ-ın Qüdslə bağlı aldığı qərarlara münasibət bildirib.  HƏMAS-ın Siyasi Büro sədri İsmayıl Həniyyə ilə Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov ABŞ-ın yaxın Şərqi yerindən oynadan qalmaqallı Qüds qərarını müzakirə edib. Görüş zamanı Rusiya rəsmisi ABŞ-ın bu qərarından narahatlıq duyduqlarını bildirib.

Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verdi

7 Dekabr 2017 09:07

"Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim". Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.

Merkel Trampın qərarını dəstəkləmədi

7 Dekabr 2017 09:01

Almaniya kansleri Angela Merkel ABŞ lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir. Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

Kanada psixoloqları: Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir

6 Dekabr 2017 19:33

Kanadanın Vaterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər. Bu barədə “vistanews.ru” saytında yazılıb. Məlumatda deyilir ki, bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımi məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Süni intellektə şəkil və videonu saxtalaşdırmaq öyrədilib

6 Dekabr 2017 19:28

“Nvidia” şirkəti süni intellekt elementlərindən istifadə edən, şəkil və videonun görünüşünü xeyli dəyişdirmək qabiliyyətinə malik alqoritm hazırlayıb.