Süni intellektə şəkil və videonu saxtalaşdırmaq öyrədilib

“Nvidia” şirkəti süni intellekt elementlərindən istifadə edən, şəkil və videonun görünüşünü xeyli dəyişdirmək qabiliyyətinə malik alqoritm hazırlayıb.

"Nvidia" şirkəti süni intellekt elementlərindən istifadə edən, şəkil və videonun görünüşünü xeyli dəyişdirmək qabiliyyətinə malik alqoritm hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.com" saytına istinadən yazır ki, alqoritmin yaradıcıları nümunə kimi avtomobil videoregistratoru vasitəsilə çəkilmiş bir neçə çarx göstəriblər. Məsələn, birinci video qışda çəkilib, lakin emal edilmiş versiyada alqoritm qışı uğurla yaya çevirib.
 
Qeyd edək ki, neyron şəbəkələri əsasında işləyən alqoritmlər təsvirlərlə bağlı müxtəlif məsələləri yerinə yetirmək qabiliyyətinə malikdirlər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31