Dünya

Süni intellektlə təchiz edilmiş “View 10” adlı qabaqcıl smartfon təqdim edilib

6 Dekabr 2017 19:23

“Honor” şirkəti “View 10” (V10) qabaqcıl smartfonunu rəsmən təqdim edib. “Honor V10” smartfonu 1080x2160 təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 təşkil edən 6 düymlük ekran, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” kartı üçün slot nəzərdə tutulub.

Ən effektiv və uğurlu şirkətlərin reytinqi açıqlanıb

6 Dekabr 2017 19:18

ABŞ iqtisadçısı Piter Drukerin əsas ideyaları əsasında qurulan ən effektiv və uğurlu 250 şirkətin reytinqi dərc olunub. Siyahıda ikinci yeri tutan “Apple” korporasiyası liderliyi “Amazon” şirkətinə verib.

“Qualcomm Snapdragon 845” prosessoru nümayiş olunub

6 Dekabr 2017 19:11

“Qualcomm” şirkəti “Snapdragon Technology Summit” konfransında yeni qabaqcıl prosessor nümayiş etdirib. Dekabrın 5-də qısa təqdimat keçirilərək prosessorun “Snapdragon 845” adlanacağı təsdiqlənib. İstehsalçı yeni çip barədə ətraflı məlumatı bu gün təqdim etməyi planlaşdırır.  

“Google”un yeni proqramı “Android” sistemli smartfonun yaddaşını lazımsız fayllardan təmizləyəcək

6 Dekabr 2017 19:05

“Google” şirkəti “Android” sistemi ilə işləyən smartfonun yaddaşını lazımsız fayllardan təmizləmək üçün nəzərdə tutulmuş yeni “Files Go” proqramını “Google Play” tətbiqlər mağazasında yerləşdirib. Utilit dublikatları, istifadə olunmayan proqramları, aşağı təsvir ölçüsünə malik şəkil və videoları avtomatik tapır və silir, həmçinin müvəqqəti fayllar tərəfindən zəbt edilmiş disk sahəsini boşaldır.

İrem özündən 4 yaş kiçik aktyorla sevgilidir

6 Dekabr 2017 18:30

Müğənni Selami Şahinin oğlu Lider Şahindən ayrılan İrem Derici yeni eşqə başlayıb. İfaçı özündən 4 yaş kiçik aktyor Barış Murat Yağcı ilə sevgilidir. Bu barədə "Duymayan kalmasın" verilişində deyilib. Cütlüyün gizlicə görüşdüyü iddia edilir.

Kılıçdaroğlu haqqında təhqiqat başladı

6 Dekabr 2017 18:07

Türkiyədə ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlanılıb. Ankara Baş Prokurorluğu Türkiyə prezidentinin təhqir edilməsi maddəsi ilə təhqiqata başladığını açıqlayıb.

Çexiyada yeni baş nazir təyin olundu - Milyarder sahibkar Babiş

6 Dekabr 2017 17:55

Çexiyanın prezidenti Miloş Zeman "Narazı Vətəndaşlar Aksiyası" siyasi sentrik hərəkat lideri Andrey Babişi baş nazir təyin edib. O, ölkədə milyarder hesab olunur. Məlumata görə, A.Babişin vəzifəyə təyin olması münasibətilə təntənəli mərasim Praqda baş tutub.

Qərb Rusiyaya qarşı “B planı”na keçdi

6 Dekabr 2017 17:40

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyanı 2018 Qış Olimpiyadalarına buraxmamaq barədə qərarına reaksiya verib. Sözçü Rusiyaya qarşı çoxistiqamətli bir aqresiya yeridildiyini və Qərbin ölkəsinə qarşı “B planı”na keçdiyini deyib: “Görünüşə görə, ikinci plana keçdilər. Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu. İstəkləri, gücləri, imkanları var. Ancaq bu imkanları fəlakətlərin qarşısını almaq, terror və yoxsulluqla mübarizədə istifada etmək yerinə, hücuma sərf edirlər. Bu hücumun da hədəfi Rusiyadır”.

Tillerson: “ABŞ Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir”

6 Dekabr 2017 17:25

“ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir”. Məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

Putin seçkilərdə iştirakı ilə bağlı qərar verdi

6 Dekabr 2017 16:50

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı fikrini bildirib. Məlumata görə, V.Putin bildirib ki, seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacaq.

SON DƏQİQƏ! İran yenə "silkələndi"

6 Dekabr 2017 16:49

İranın cənub-qərbində 4,2 bal gücündə zəlzələ olub. Məlumata görə, təkanlar Buşəhr şəhəri yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar 20 km dərinlikdə. İnsan itkisi və dağıntılar barədə hələ məlumat yoxdur.

Türkiyə müsəlman liderləri İstanbula çağırdı

6 Dekabr 2017 16:42

İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı gələn həftə İstanbulda toplantı keçirəcək. Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziya, İran, Qətər və İndoneziya prezidentləri ilə telefon söhbətində Qüds məsələsini müzakirə etdiyini söyləyib.

"Karolina" Şotlandiyanı hədəfə alıb

6 Dekabr 2017 16:17

Şotlandiyanın şimal bölgələrində yaxın günlər üçün qasırğa xəbərdarlığı verilib. Məlumata görə, Böyük Britaniya hidrometeorologiya bürosu adaya "Karolina" qasırğasnın yaxınlaşdığını bildirib. Qasırğanın tüğyan edəcəyi yerlərdə küləyin sürətinin saatda 100 kilometrdən çox olacağı proqnozlaşdırılıb. Bəzi bölgələrdə 5 santimetrədək qar yağacağı gözlənilir.

Ayılar silah anbarı tapdı

6 Dekabr 2017 16:11

Türkiyənin Trabzon vilayətində PKK terroe təşkilatının dağlarda gizlətdiyi silah –sürsat  ambarı ayıların əlinə keçib. Trabzonun Tonya rayonunun mərkəzindən 20 kilometr uzaqlıqdakı Ərikbeli bölgəsində vətəndaşlardan birisi meşəlik sahədə çoxlu silah- sürsat gördüyünü polisə bildirib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri göstərilən yerdə çoxlu sayda silah aşkarlayıblar.

100 min müsəlman kimsəsiz adaya köçürüləcək

6 Dekabr 2017 15:54

Banqladeş 2019-cu ilin noyabr ayına qədər Myanmadan gələn 100 min rohinca müsəlmanını Benqal körfəzində yerləşən kimsəsiz və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürməyi planlaşdırır.