Rza Zərrabın 7 səhifəlik razılaşması ORTAYA ÇIXDI

ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyasını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi razılaşmanın detalları ortaya çıxıb. Detallar Türkiyənin “Milliyyət” qəzetinin yazarı Kortan Toygar tərəfindən mətbuata verilib. O, məqaləsində yazdığı məlumatların siyasi dəyər daşımadığını və tamamilə hüquqi olduğunu qeyd edib. Rza Zərrabın ABŞ məhkəməsi ilə əldə etdiyi razılaşma belədir: Qəbul etdiyi ittihamlar:

ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyasını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi razılaşmanın detalları ortaya çıxıb.

Detallar Türkiyənin "Milliyyət" qəzetinin yazarı Kortan Toygar tərəfindən mətbuata verilib.

O, məqaləsində yazdığı məlumatların siyasi dəyər daşımadığını və tamamilə hüquqi olduğunu qeyd edib.

Rza Zərrabın ABŞ məhkəməsi ilə əldə etdiyi razılaşma belədir:

Qəbul etdiyi ittihamlar:

Nyu-Yorkun cənubi bölgə məhkəməsi dəlilləri və tərəflərin təqdim etdiyi bəzi sənədləri ictimaiyyətə elan etməyə başlayıb. İctimaiyyətə son olaraq 20 noyabrda Rza Zərrab ilə vəkili tərəfindən imzalanmış razılaşmanın detalları açıqlanıb.

1. ABŞ və xüsusilə, ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün pusqu qurmaq (maksimum 5 il həbs cəzası, 250.000 dollar pul cəzası ya da bu yolla qazanılan pulların 2 qatı)

2. Beynəlxalq Təcili İqtisadi Güc Qanununu pozmaq üçün plan qurmaq (International Emergency Economic Powers Act) (maksimum 20 il həbs, 1.000.000 dollar pul cəzası ya da bu yolla qazanılan gəlirin 2 qatı

3. Nazirlik sistemində saxtakarlıq (maksimum 30 il həbs, 1.000.000 dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

4. Nazirlik sistemində saxtakarlıq etmək üçün pusqu qurmaq (maksimum 30 il həbs, 1.000.000 dollar və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

5. Çirkli pulları yumaq (maksimum 20 il həbs, 500.000 dollar pul cəzası və ya bu yolla əldə edilən gəlirin 2 qatı)

6. Çirkli pulları yumaq üçün planlar qurmaq (maksimum 20 il həbs, 500.000 dollar və ya bu yolla qazanılan gəlirin 2 qatı)

7. Qanun qoruyucusuna rüşvət vermək, narkotik maddə ilə təmin etmək üçün plan qurmaq (maksimum 5 il həbs, 250.000 dollar və ya əldə etdiyi gəlirin 2 qatı).

Əlavə olaraq, protokolda Rza Zərrabın bütün bildiklərini hakimlərə gerçəklərə uyğun şəkildə anlatmaq, Federal Büro (FTB) və digər qüvvələrlə işbirliyi etmək, hakimlərin istədiyi bütün səbədləri təqdim etmək, jüri qarşısında dürüst olmaq, bu protokoldan sonra hər hansı cinayət törətməmək kimi şərtlər də qeyd edilib.

R.Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31