İsraildə Trampın adına park olacaq

İsrail Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adını verəcək. Bu barədə Kiryat-Yam şəhərinin meri David Even Tsur mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, ABŞ prezidentinə cəsarətli addımına görə bir təşəkkürdür.

"ABŞ prezidenti Donald Tramp Qüdsü ölkəmizin paytaxtı olaraq tanımaqla sələflərinin belə edə bilmədiyi cəsarətli addım atıb. ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi isə misilsiz qərardır", deyə o vurğulayıb.

Kiryat-Yam şəhər parkı "Donald Tramp Parkı" adlandırılacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31