Dünya

“Lenini dəfni və Putinin hakimiyyətdən gedişindən sonra...” - PROQNOZ

8 Dekabr 2017 16:21

“Vladimir Putin sovet dəyərləri ilə tərbiyə olunub və Rusiyanın böyüklüyünü qaytarmaq üçün öz xarici siyasətində SSRİ-nin taktikasından istifadə edir”. Bu haqda “The Washington Times” nəşrinin əməkdaşı Tudd Vud yazıb.Onun sözlərinə görə, prezident  Putin hakimiyyətdə olduğu müddətdə ölkədə ciddi dəyişikliklər baş verməyəcək.

Kabildə bazarda PARTLAYIŞ - Ölən və yaralananlar var

8 Dekabr 2017 16:19

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Məlumata görə, yerli telekanal partlayış nəticəsində azı 2 nəfərin öldüyü, daha 6 nəfərin xəsarət alması barədə xəbər yayıb. Məlumata görə, partlayıcı qurğu paytaxt bazarlarından birində partlayıb.

Qahirəni yenə nümayiş bürüdü - Bu dəfə niyə?

8 Dekabr 2017 16:17

Yüzlərlə adam bu gün Qahirədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq dinc nümayişə çıxıb. Məlumata görə, nümayiş cümə namazından sonra "Əl-Əzhər" məscidi önündə başlayıb. Etirazçılar Qüdsün nə qərbə, nə şərqə aid olmadığını, ərəblərə məxsus olduğunu şüar kimi səsləndirirlər. 

Alimlər tapdı: Dinlər yaranmamışdan qabaq insanları nə birləşdirirdi? - ARAŞDIRMA

8 Dekabr 2017 15:28

Tarixə qədərki epoxada yad insanlar bir-biri ilə münasibət qurarkən nəyə əsaslanırdılar? Onlar hansı dünyabaxış və təsəvvürləri bölüşürdülər? Antropoloqlar bunun ayrı-ayrı əhvalatlar olduğu fikrinə gəliblər.

Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir: 33 hektar torpaq aldılar...

8 Dekabr 2017 14:48

Moskvanın daşınmaz əmlak kralları, “Kiyevskaya ploşad” şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.

Tramp Qüdsü milyonlar hesabına paytaxt elan edib?

8 Dekabr 2017 14:25

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi siyasi qalmaqallara səbəb olub. Ağ Ev rəhbərinin qalmaqallı addımı ilə dünyanı silkələdiyi bir vaxtda "New York Times" qəzetində sensasiyalı bir məqalə nəşr edilib. Qəzetin yazdığına görə, Trampın bu qərarında daxili siyasətdə onu dəstəkləyən qruplaşmanın əli var. Belə ki, seçkilər ərəfəsində yəhudi lobbisinə arxalanan gələcək prezident lobbi rəhbərlərinə Qüdsün paytaxt olacağını vəd edib.

Tramp Mahmud Abbası Ağ Evə dəvət etdi

8 Dekabr 2017 14:08

ABŞ Prezidenti Donald Tramp Fələstinin rəhbəri Mahmud Abbası Ağ Evə dəvət edib. D.Tramp Fəsləstin rəhbərinə dəvətini telefon danışığı zamanı səsləndirib. Hələlik görüşün baş tutub-tutmayacağı barədə məlumat verilməyib. Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Maykl Pensin Fələstinə səfəri baş tutmayıb. Fələstin rəhbərliyi M.Pensi qəbul etməkdən imtina edib.

Ölən sevgilisi ilə cinsi əlaqədə oldu: "Ümid edirdim ki, bəlkə ayılar"

8 Dekabr 2017 14:02

Amerikada qəribə hadisə baş verib. Amerikada Aaron Graser adlı 39 yaşlı kişi ölü sevgilisi ilə cinsi əlaqədə olub. O, sevgilisinin diriləcəyini zənn edib buna görə də onun əl-qolunu bağlayaraq cinsi əlaqəyə girib. Sevgilisinin ayılmadığını görən şəxs xəstəxanada işləyən qonşusunu çağırıb. Bir müddət sonra hadisə yerinə polislər də gəlib. Polis kişidən qadının qolundakı kəndir izlərini soruşduqda o, sevgilisi ilə cinsi əlaqədə olduğunu söyləyib.

Ermənistanın sabiq baş naziri qumarda 20 milyon dollar uduzub

8 Dekabr 2017 13:56

Ermənistanın sabiq baş naziri Ovik Abramyan kazinoda 20 milyon dollar uduzub. Abramyanın qumar oyunlarına sevdası Ermənistanda çoxdan bəllidir. Uzun illər ərzində siyasətçi qumarda sərvət uduzub.

"Real" yeni futbolçu gətirir

8 Dekabr 2017 13:46

Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran İspaniyanın "Real" klubu "Çelsi"inin ulduzunu transfer siyahısına daxil edib. Madrid klubu Eden Azarı heyətinə qatmaq niyyətindədir. E.Azarın da “Real”da oynamaq istəyi olduğuna görə baş məşqçi Zinəddin Zidan və prezident Florentina Perez danışıqlara başlayıb. Tərəflər ilkin razılıq da əldə edib. İspaniya La Liqasında uğurla irəliləyən “Real”ın “Çelsi”yə rəsmi təklif göndərəcəyi gözlənilir.

Araq Filadelfiyanı "iflic etdi"

8 Dekabr 2017 13:45

ABŞ-ın Filadelfiya şəhərində araq daşıyan yük maşını aşıb. Məlumata görə, hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb. Qəza yolun hərəkətli hissəsində baş verdiyi üçün hərəkət uzun müddət dayanıb. Maşında olan araq yola dağılıb.

Məktəb "zibilin" oduna düşdü - 700 adam təxliyə olundu

8 Dekabr 2017 13:43

Moskvada məktəblərin birində yanğınla əlaqədar 730 nəfər təxliyə olunub. Səhər saatlarında məktəb binası yaxınlığında zibil qalağı yanmağa başlayıb.

Qəribə fətva: ər arvadını internetlə boşaya bilər

8 Dekabr 2017 13:40

Kişi ilə qadın arasında dini nikah telefon, məktub, mesaj və internet vasitəsilə pozula bilər. Bu barədə Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunub ki, virtual boşanma üz-üzə boşanma kimi etibarlıdır: "Kişi boşanmaq istədiyini sonradan inkar etməmilidir. Bundan əlavə şəxs məktub və ya mesajın həyat yoldaşından gəldiyindən əmin olmalıdır".

Obama: "Amerikada demokratiyaya təhlükə var"

8 Dekabr 2017 13:28

ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerikada demokratiyanın kövrək hala gəlməsi və millətçiliyin gülənməsi barədə xəbərdarlıqla çıxış edib. Məlumata görə, bu barədə “Crain's Chicago Bussiness” yazıb. B. Obama ölkədəki durumu 1930-cu illərin Almaniyas ilə müqayisə edib: “Həmin vaxt Veymar Respublikasında demokratiyaya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler ortaya çıxdı. Üçüncü Reyxin dövründə Almaniyada 60 milyon adam öldü. Buna diqqət etmək lazıdır”.

Yeri məhv edəcək 5 kosmik təhlükə -  Siyahı

8 Dekabr 2017 13:19

Alimlər kosmosdan Yer üzünə gələn əsas 5 təhlükənin adını açıqlayıb. Bu barədə informasiyanı “Theconversation.com” saytı yayıb. Ekspertlərin fikirlərinə əsaslanaraq hazırlanan materialda kosmosdan Yer üzünə gələn əsas təhlükə kimi Günəş göstərilib. Burada baş verən partlayışların bizim planetə mənfi təsir göstərdiyini iddia edən sayt Günəşdəki ani dəyişikliyin Yeri yox edə biləcəyini bildirib. Yerə ikinci ən böyük təhdid kimi Andromeda qalaktikası göstərilib. Ekspertlərin fikrincə, 5 milyard il sonra bu qalaktika Yerin də yerləşdiyi Süd yolu kəhkəşahanını uda bilər.