Dünya

Beynəlxalq Telekommunikasiya İttifaqı “5G” texnologiyasının spesifikasiyasını təqdim edib

8 Dekabr 2017 19:28

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ittifaqa daxil olan 192 ölkədə beşinci nəsil mobil rabitə texnologiyasının (5G) texniki spesifikasiyası üzərində işin davam etdirilməsi üçün əsas yaradan fevralda hazırlanmış “IMT-2020” layihəsini rəsmən təqdim edib. “ITU” tərəfindən hazırlanan sənədin son variantı ilkin layihədən az fərqlənir.  

Yeni “Xiaomi” smartfonları təqdim edilib

8 Dekabr 2017 19:21

“Xiaomi” şirkəti “Redmi” istehsal xəttindən iki model təqdim edib. “Rеdmi 5” qurğusu və “Redmi 5 Plus” modeli tərəflərinin nisbəti 18:9 təşkil edən nazik çərçivəli ekran və “Qualcomm Snapdragon” prosessoru ilə təchiz olunub.

Dünyada ilk çap edilmiş “OLED panelləri təqdim edilib

8 Dekabr 2017 19:17

Dünyada şırnaqlı çap metodunun köməyi ilə hazırlanmış ilk işıq diodu panelləri, nəhayət ki, satışa çıxarılıb. Yaponiyanın “JOLED” şirkəti tibbi monitorlarda istifadə üçün çap edilmiş panellərin ilk partiyasını tədarük edib.

“LG Signature Edition” smartfonu buraxılıb

8 Dekabr 2017 19:11

“LG Electronics” şirkəti qabaqcıl “V30” modelinin Cənubi Koreya bazarı üçün nəzərdə tutulan bahalı versiyasını təqdim edib. Üç min ədəd tirajla buraxılacaq “LG Signature Edition” modeli “LG Signature” smartfonlarının yeni seriyasını açır.  “LG Signature Edition” smartfonunun hazırlanmasında bahalı materiallardan, o cümlədən arxa paneldə cızılmayan sirkon keramikasından istifadə olunub. Alıcılar, həmçinin korpus üzərində öz adlarını yazdıra, satışdan sonra xüsusi xidmətdən yararlana və “Bang & Olufsen” qulaqcıqlı və “Bluetooth” qarniturlu qablaşdırmanı əldə edə biləcəklər.

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır

8 Dekabr 2017 19:05

“Facebook” sosial şəbəkəsinə aid olan “Instagram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır. “Direct” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə (İsrail, Türkiyə, Uruqvay, İtaliya, Portuqal və Çili) istifadəyə veriləcək. Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “Facebook Messenger”dən sonra şirkətin üçüncü populyar messenceri olacaq.

Alimlər 2018-ci ilin trend olacaq RƏNGİNİ MÜƏYYƏNLƏŞDİRDİ

8 Dekabr 2017 18:30

Alimlər 2018-ci ildə dəbdə olacaq rəngin adını açıqlayıb. “Pantone” rəng institutunun açıqlamasına görə, müxtəlif sahələr üzrə ekspertlər bənövşəyini 2018-ci ilin rəngi elan edib. İnstitut rəhbəri Eysman Leatrin fikrincə, ultrabənövşəyi bu gün dünyada baş verən hadisələri, eyni zamanda yaxşılığa doğru gedən dəyişiklikləri ideal şəkildə əks etdirir. 

Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan etdi

8 Dekabr 2017 18:22

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib. P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: "Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm".

Rusiyada anonim zənglərdən birinin sahibi 16 yaşlı qız çıxdı

8 Dekabr 2017 18:18

Rusiyanın Voronej vilayətində məktəblərin birinə bomba qoyulması barədə zəng etmiş 16 yaşlı məktəbli qız məhkəmə qərarı ilə 100 saatlıq icbari işlərə məhkum edilib. Məlumata görə, həmin qız bu ilin may ayında öz mobil telefonu ilə növbətçi hissəyə zəng etmişdi. Nəticədə, aparılan axtarışlarla əlaqədar məktəbdən mindən çox adam təxliyə olunmuşdu.

Putin Ankaraya gedir - Qüds məsələsinə görə

8 Dekabr 2017 18:10

Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək. V.Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfərin məqsədi Qüdslə bağlı vəziyyəti müzakirə etməkdir.

Problem birdəfəlik həll ediləcək - ABŞ “əsrin sazişi”ni bağlamaq istəyir

8 Dekabr 2017 18:06

Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir.  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onunla görüşdə bildirib. “Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir”, - Lavrov deyib.

"Əl-Qaidə" ABŞ-ı hədələdi

8 Dekabr 2017 17:44

"Əl-Qaidə" terror təşkilatı ABŞ və İsraili təhdid edib.  ABŞ prezidenti Donlad Trampın Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra "Əl-Qaidə" terror təşkilatı ABŞ, İsrail və müttəfiqlərinə qarşı təhdidlər yaymağa başlayıb.

Pakistan-ABŞ müharibəsi başlaya bilər - Ordu rəhbərliyindən ƏMR

8 Dekabr 2017 17:41

Pakistan Hava Qüvvələrinin başçısı Sohail Aman ABŞ daxil olmaqla, ölkəsinin hava sahəsinə icazəsiz giriş edən bütün insansız təyyarələri vurmaq əmrini verib. Pakistan, xüsusilə, ABŞ-ın öz ərazisində insansız təyyarələrlə həyata keçirdiyi hücumları ölkənin suverenliyinin pozulması kimi qəbul edib. S.Aman paytaxt İslamabaddakı çıxışında bildirib ki, kiminsə Pakistanın hava sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək: “Pakistan Hava Qüvvələrinə hava sahəmizə daxil olaraq suverenliyimizi, ərazi bütövlüyümüzü pozan bütün qüvvələrin təyyarələrini vurmaq əmri vermişəm”.

Kəşfiyyat: Şimali Koreya Milad bayramında raket sınağı keçirə bilər

8 Dekabr 2017 16:54

Şimali Koreya yaxın zamanlarda sualtı qayıqların ballistik raketinin sınaqlarını keçirə bilər. Cənubi Koreya kəşfiyyat qurumları Şimali Koreyada sınaq hazırlıqlarını müşahidə etdiklərini bildirib.

Qüdsü və İordan çayının qərb sahilini iğtişaşlar bürüdü

8 Dekabr 2017 16:49

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb. Buna səbəb ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı elan etməsi olub. Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər.

KİV: "Movses Hakobyan vəzifəsindən azad oluna bilər"

8 Dekabr 2017 16:25

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakobyan yaxın gələcəkdə istefa verə bilər, buna səbəb isə onun hakimiyyətdəkilərin tələblərinə cavab verə bilməməsidir.