Dünya
Polis öz həmkarlarına atəş açdı: 4 nəfər öldü
Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib. Nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.
Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.
Fələstinlilər Parisdə ayağa qalxdılar
ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının əleyhdarları Parisdə Respublika meydanında etiraz aksiyalarına başlayıblar.
Apple Shazamı alır
Yeni “icazə” Apple firmasına 400 min dollara başa gələcək Qeyd edək ki, “səslə- qulaq asdırma” funksiyası ilə istənilən mahnını tapmaq imkanı verən Shazam apple şirkəti ilə artıq razılaşma əldə edib.
İŞİD üzərində tam qələbə qazanıldı
Futbolçunun sevgilisi intihar etdi - ŞOK SƏBƏB
“Maklesfield Tovn” futbol komandasının qapıçısı O'Brienin sevgilisi Hovard intihar edib. Qızın intihar etməsinin səbəbi xəstəliyinə görə iş yerində lağa qoyulmasıdır. 23 yaşlı qızın miqren dərmanları səbəbindən əzələlərinin funksiyası pozulub. Nəticədə, tualetə getməsini çətinləşdirən “pelvik taban dissinerji” xəstəliyindən əziyyət çəkib. Həkimlər ona həyat şəraitini xəstəliyinə görə nizamlamağı məsləhət görüb.
“Mehmetcik”ə hücum planının ŞOK DETALLARI – İŞİD-ə verilən MİSSİYA
ABŞ və YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) Rakkadan çıxmasına icazə verdiyi İŞİD terrorçuları “Fərat Qalxanı” bölgəsini hədəf alıb.
Təmas xəttində DÖYÜŞLƏR GEDİR – 4 ölü, 1 yaralı
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb.
Ramzan Kadırov yenə sosial mediada fenomen oldu: İsrailə müharibə elan edir
Ramzan Kadırov: “Bu qərar İsraili daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq” “ABŞ prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq”. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə yazıb.
Terror aktının qarşısı alındı
72 saat ərzində Saakaşvilinin taleyinə aydınlıq gələcək
Məhkəmə dünən gecə Kiyevdə saxlanılan “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində 72 saat ərzində qərar çıxaracaq. Bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb. O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.
İranda qar uçqunu: 9 ölü
İranda qar uçqunu olub. Dağ uçqunu İranın Lorestan əyalətinin Oşterankuh (Oshterankooh) dağında baş verib. Məlumata görə, 14 alpinist ötən gün İranın Məşhəd şəhərindən Oşterankuh dağındakı yüksəkliyə qalxmaq üçün hərəkət ediblər. Bu gün səhər qar uçqunu olub, komandadan 9 nəfər qar altında qalıb. Hadisə ilə bağlı qərargah yaradılıb, iki vertolyot və 20 xilasedici axtarışlara başlayıb. Axtarışlar nəticəsində indiyədək 2 nəfərin meyiti tapılıb.
Ən yaxşı işə götürənlərin reytinqi tərtib edilib
“Glassdoor” kadr agentliyi hər il ən yaxşı işə götürənlərin reytinqini tərtib edir. “Apple” şirkəti bu siyahıda həmişə yüksək pillədə qərarlaşıb. “Glassdoor” agentliyi 10 il ərzində işə götürənlərin reytinqini tərtib edir. 2009-cu ildə “Apple” şirkəti ən yaxşı işə götürənlərin siyahısına daxil edilib və 19-cu yeri tutub. 2010-cu ildə korporasiya 22-ci, 2011-ci ildə 20-ci olub. 2012-ci ildə ABŞ şirkəti siyahıda 10-cu yerdə qərarlaşıb.
Yeni videokart fərdi kompüterlərin məhsuldarlığını artıracaq
"NVIDIA” şirkəti yeni “Titan V” videokartını təqdim edib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, fərdi kompüterlər üçün dünyada ən güclü videokartdır. Bundan başqa, yeni videokart “Volta” arxitekturası əsasında yaradılan ilk istehlak səviyyəli sürətləndiricidir.
2018-ci ildə dünya informasiya təhlükəsizliyi bazarında 8%-lik artım proqnozlaşdırılır
“Gartner” analitik şirkətinin proqnozuna görə, şirkətlər gələn il informasiya təhlükəsizliyinə 8% daha çox pul xərcləyəcəklər. Analitiklərin gözləntilərinə görə, 2017-ci ildə kibertəhlükəsizlik sahəsinə qlobal korporativ xərclərin həcmi 89,1 milyard dollara yaxınlaşacaq. 2018-ci ildə bu göstərici 96,3 milyard dollar təşkil edəcək.














