Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.
10 Dekabr 2017 18:24 DünyaGürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.
Bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.
M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib. APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbər verir.