Dünya
“Rusiya bütün Ukraynanı tutacaq” - ABŞ-dan SOS
“Ukrayna ABŞ-dan “Cavelin” tank əleyhinə raket komplekslərini alarsa, Ukrayna Silahlı qüvvələri Donbasda müdafiə xəttini möhkəmləndirə bilər”. Belə bəyanatla ABŞ-ın müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter çıxış edib.
ABŞ-ın Yerusəlim qərarı Orta Şərqdə yeni “səhifə açıb”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bütün dünya dövlətlərinin ( İsraildən başqa) ciddi xəbərdarlığına baxmayaraq, özündən əvvəlki prezidentlərin cürət etmədiyi addımı atdı və İsrail paytaxtının Yerusəlimə daşınması və ABŞ səfirliyinin yaxın illərdə bu şəhərə köçürülməsi haqda qərarını elan etdi. Regionla bu və ya digər dərəcədə təmasda olan, xüsusən də Orta Şərq ölkələri Trampın bu qərarını gözləmədiklərini bəyan etdilər və bildirdilər ki, Trampın Fələstin məsələsinə bu münasibəti onlarda şok effekti yaratdı.
Bu hərəkətlə nə etmək istəyirsən, cənab Tramp?
Bu Türkiyə Respublikasının Prezideni Rəcəb Təyyib Ərdoğanın Yunanıstana səfəri ərəfəsində Esenboğa aeroportunda jurnalistlər qarşısında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa onun Yerusəlimin İsrailin paytaxtı kimi təsdiq edilməsi barədə verdiyi qərarla əlaqədar ritorik sualı idi. Gözlənən o idi ki, Ərdoğan suallarını davam etdirəcək “Hara gedirsən, cənab Tramp? Kongres və Amerika xalqının sənin bu hərəkətindən xəbəri varmı?” Həqiqətdə Amerika xalqı , Amerika konqresinin Trampın bu addımından qabaqcadan xəbəri olmaya bilərdi.
Qüdsün İsrailin paytaxtı olmasını kimlər və hansı səbəbə istəyirlər?
Bu günlərdə dünyanın əsas diqqəti yenə Yaxın Şərqdədir. Hər şey Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum Qüds açıqlaması ilə başladı. Ağ Ev rəhbərinin Qüdsü İsrail paytaxtı kimi göstərməsi və İsraildəki Amerika səfirliyinin buraya köçürülməsi barədə verdiyi açıqlama uzun müddətdən bəri nisbi sabitliyin hökm sürdüyü Qəzza bölgəsini yenidən qarşıdurma məkanına çevirib.
Qışa görə milyonlarla insanın həyatı təhlükədədir - XƏBƏRDARLIQ
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qarşıdakı qışla əlaqədar qaçqın düşərgələrində məskunlaşan milyonlarla Suriya və İraq vətəndaşının həyatının təhlükə qarşısında olmasına dair xəbərdarlıq edib. Təşkilatın məlumatına əsasən, qaçqınların böyük bir qismi artıq yeddinci ildir ki, çadır düşərgələrində və ya yaşayışa yararsız, istilik sistemi olmayan tikililərdə yaşamaq məcburiyyətdindədirlər. Gözlənilən şaxta, qar, uzunmüddətli yağış və ya tufanlı hava şəraitini nəzərə alaraq, beynəlxalq qurum Yaxın Şərqdə təxminən dörd milyon Suriya və İraq qaçqını üçün qış yardımı proqramına start verib.
16 mərtəbəli budda məbədi od tutub yandı - VİDEO
Çinin Mianzhu şəhərində 16 mərtəbəli budda məbədi yanıb. XIV-XVII əsrlərdə taxtadan tikilmiş monastrda yanğının baş vermə səbəbləri məlum deyil.
İŞİD bu dəfə hansı ölkəni hədəf aldı?
Yaxın Şərqdə İŞİD terror qruplaşmasının tərkibində döyüşən 6 min afrikalı terrorçu Afrikaya qayıda bilər. Bunu Afrika İttifaqının sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi bildirib.
Ermənistan ən az maaş olan ölkələr arasında...
“Texty.org.ua” Təhlil Mərkəzi Avropa ölkələrində işləyən insanlara nə qədər maaş qaldığını (vergilər xaric olmaqla – red) tədqiq edib. Ermənistanda bu göstərici 251 avroya bərabərdir. Bu göstəriciyə görə, Ermənistan Avropada ən aşağı məvacib verilən ölkələr arasında 4-cü yeri tutur.
Feysbuk yeni servisi istifadəyə verdi
Feysbuk videolara səs effekti və mahnı əlavə edən “Sound Collection” adlı servisi istifadəyə verib. Bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər. “Sound Collection” servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları vardır. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə bilər. Hip-hop, pop, jazz, country və s. Musiqilər janr, oxunma müddəti və digər parametrlər üzrə sıralanıb.
42 nəfər dəm qazından zəhərləndi
Kanadanın Britaniya Kolumbiyası əyalətində fermada 42 nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib və onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Almaniyada hava yolu iflic oldu - Reyslər təxirə salındı
Almaniyaya yağan güclü qar hava limanlarıın işini çətinə salıb. Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.
Nobel mükafatının sahibləri bəlli oldu - YENİLƏNDİ
Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib. Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi, 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.
Netanyahu: "Avropa ölkələri ikiüzlüdür"
ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərarı tənqid edən Avropa ölkələri ikiüzlü davranır. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, Trampın qərarını tənqid edən səsləri eşidən zaman İsrailə atılan raketləri qınayan səsləri eşitməyib: “Avropa ölkələrinə hörmət etməklə yanaşı, onların ikili standartlarını qəbul edə bilmirəm. İsrail haqqında olan həqiqətləri başı dik şəkildə hər kəsə deyəcəyəm”.
İsrail ordusu Qəzza zolağından qazılmış tuneli məhv etdi
İsrail ordusu Qəzza zolağından qazılmış tuneli məhv edib.Bu barədə xarici jurnalistlər üçün keçirilmiş brifinqdə İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus məlumat verib.
Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad etdi
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətdə kadr dəyişikliyi həyata keçirib. Q. Berdıməhəmmədov 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda belə bir qərar qəbul edib.














