Bu hərəkətlə nə etmək istəyirsən, cənab Tramp?

Bu Türkiyə Respublikasının Prezideni Rəcəb Təyyib Ərdoğanın Yunanıstana səfəri ərəfəsində Esenboğa aeroportunda jurnalistlər qarşısında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa onun Yerusəlimin İsrailin paytaxtı kimi təsdiq edilməsi barədə verdiyi qərarla əlaqədar ritorik sualı idi. Gözlənən o idi ki, Ərdoğan suallarını davam etdirəcək “Hara gedirsən, cənab Tramp? Kongres və Amerika xalqının sənin bu hərəkətindən xəbəri varmı?” Həqiqətdə Amerika xalqı , Amerika konqresinin Trampın bu addımından qabaqcadan xəbəri olmaya bilərdi.

Bu Türkiyə Respublikasının Prezideni Rəcəb Təyyib Ərdoğanın Yunanıstana səfəri ərəfəsində Esenboğa aeroportunda jurnalistlər qarşısında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa onun Yerusəlimin İsrailin paytaxtı kimi təsdiq edilməsi barədə verdiyi qərarla əlaqədar ritorik sualı idi. Gözlənən o idi ki, Ərdoğan suallarını davam etdirəcək "Hara gedirsən, cənab Tramp? Kongres və Amerika xalqının sənin bu hərəkətindən xəbəri varmı?" Həqiqətdə Amerika xalqı , Amerika konqresinin Trampın bu addımından qabaqcadan xəbəri olmaya bilərdi. Onsuz da amerikalılar üçün dünyanın Orta Şərq deyilən bir güşəsində baş verən hadisələr maraqlı deyil. Onlar oz daxili işləri və gəlir və çıxarları haqda daha çox düşünürlər, nəinki, Fələstin, Suriya, İraq və Yəmənlə. Amma Orta Şərqlə bilavasitə münasibətdə olan ölkələr və bu regionda yaşayan millətlər orada gedən proseslərdən yaxşı xəbərdardırlar. Haqqında söhbət açdığımız Türkiyə üçün də Amerikanın və onun yeni seçilmiş Prezidenti Donald Trampın atdığı qeyri-adekvat addımlar heç də gözlənilməz olmamalıdır. Çünki bu digər Amerika prezidentlərindən fərqli yolla seçilib və sələflərindən fərqli siyasət sərgiləyir. Baxmayaraq ki, onun atdığı addımların Amerika dövləti və xalqının nüfuzuna xidmət etdiyi artıq bir çoxlarında şübhələr oyatmaqdadır.

Region ölkələri isə fürsətdən istifadə edərək Amerika xarici siyasət idarəsi və Trampın bir-birinin ardınca buraxdığı səhvlərdən nəticə çıxarmalı və öz mənafeləri naminə bu səhvlərdən istifadə etməlidirlər. Türkiyə Donald Trampın son qərarını ilk növbədə regionun Ərəb və müsəlman ölkələri ilə daha da yaxınlaşmaq istiqamətində dəyərləndirməlidir. Digər tərəfdən Yerusəlimin bütünlüklə İsrailin ixtiyarına verilməsi təkcə 1.6 milyard müsəlmanların, 360 milyon ərəblərin deyil, eyni zamanda 2.2 milyard xristianların dini hisslərinə toxunan bir addımdır. Elə ona görə də zamanın nəbzini tutan Ərdoğanın məsələ ilə bağlı ilk müraciət etdiyi şəxs Roma Papası oldu. Türkiyə Prezidenti Avropa ölkələri dövlət başçıları ilə danışıqlar aparmaqla qərardan fayda götürməyə çalışır.

 Təsadüfi deyil ki, İsraildən başqa bu qərarı sevinclə qarşılayan ikinci bir ölkə yoxdur. İsrail də sanki bu qərarın səbəb olacağı sonrakı hadisələri hesablaya bilmir. Tramp bu addımı ilə yəhudi lobbisinə verdiyi vədi yerinə yetirilmiş hesab edir və yükü çiynindən atmış kimi görünür. Sanki o Amerikanın qarşısında dayanan İran simasında təhlükədən xəbərsizdir. O Orta Şərqdə İranla qarşılaşmadan istədiyi nəticə ala bilməyərək bütün hirsini əzablı fələstinlilərin üzərinə tökdü. Bununla da həm özünü , həm də Orta Şərqdəki Səudiyyə Ərəbistanı kimi müttəfiqlərini də zərbə altına saldı. Görünən budur ki,Trampın bu addımı da ABŞ-ın Orta Şərqdəki digər addımları kimi İranın güclənməsinə səbəb olacaq.
İran da istədiyi nəticəni çıxaracaq bu qərardan. Artıq orada həm konservatorlar, həm də reformatorlar arasında daxili bir yüngülləşmə hiss olunmaqdadır. Bu addım İrana qarşı tətbiq olunmaq ərəfəsində olan sanksiyaları təxirə saldı. Tramp dünya ictimaiyyəti ilə Fələstin qərarından sonra İran məsələsində yenidən üzləşmək üçün qüvvə və reytinq toplamalıdır. Buna onun imkanı çatacaqmı?

Səudiyyə Ərəbistanı və onun vəliəhdi MBS (Məhəmməd Bin Salman) arzuolunmaz durumdadır. O özünün Tramp və Kuşnerlə münasibətlərinə və İsraillə gizli əlaqələrini əsaslandırmağa səbəblər axtarışındadır. Ərəb dünyasında Fələstin məsələsinə xəyanət və İsraillə münasibətlər qədər ikinci ağır günah yoxdur. Bunu MBS bilməmış deyildi. Orta Şərqdə yeni səhifə açılmaqdadır. Bu səhifədə Amerika və onun müttəfiqlərinin yeri harada olacaq məlum deyil. Görünən budur ki, Tramp Orta Şərqdən çıxmaq üçün Amerika üçün zəmin hazırlayır. Sabah millət və Konqres qarşısında hesabat vermək üçün sübut olmalıdır. Bəlkə son 10-15 il ərzində Orta Şərqdə havaya sovurduğu trilyonları geri qaytarmaq Amerika üçün əlçatmaz kimi görünür. Əlavə xərclərə düşmək isə mümkün deyil. Bəlkə də digər oyunçuların da ziyana düşməsi üçün Amerka sahə boşaldır. Yəni bu qədərmi vəziyyət gərgindir Orta Şərqdə? Bəs İsrailin taleyi necə olacaq?

Əlimusa İbrahimov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31