42 nəfər dəm qazından zəhərləndi
Kanadanın Britaniya Kolumbiyası əyalətində fermada 42 nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib və onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
11 Dekabr 2017 06:20 DünyaKanadanın Britaniya Kolumbiyası əyalətində fermada 42 nəfər dəm qazından zəhərlənib.
Zəhərlənənlər xəstəxanalara yerləşdirilib və onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Məlumata əsasən, insident Delta şəhərinin fermalarından birinin istixanasında baş verib.
Qeyd edək ki, Delta şəhəri Britaniya Kolumbiyası əyalətinin ın böyük şəhəri olan Vankuverdən 30 kilometr cənubda yerləşir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31