Dünya
ŞOK! Britaniyalı cərrah pasiyentlərin qara çiyərlərinə "imza" qoyurmuş
Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz “imzasını atmaqda” ittiham olunur. Məlumata görə, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.
Moskva Dövlət Universitetinin kitabxanası təxliyə edildi
Moskvanın Moxova küçəsində yerləşən Moskva Dövlət Universitetinin elmi kitabxanasında oxucu və əməkdaşların təcili təxliyəsi aparılır. Məlumata görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub. Binanın ətrafı polis tərəfindən nəzarətə götürülüb.
Ölüm-dirim savaşı BAŞLAYIR - Ərdoğan anons VERMİŞDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir gecə gözlənilmədən gələ bilərik” deyərək anonsunu verdiyi Afrin əməliyyatına hazırlıq davam edir. Bu gün Türkiyə-Suriya sərhədinə canlı qüvvə və hərbi texnikanın növbəti partiyası göndərilib. Son günlər Afrin istiqamətində kəşfiyyat məlumatlarının toplanması prosesi sürətlənib. Sərhəd xəttindəki ordu bölmələrində Afrində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) qarşı keçirilməsi planlaşdırılan əməliyyat üçün “Hazır olun!” təlimatı verilib.
Rusiyada mədəndə UÇQUN - Torpağın altında qalanlar var
Rusiyanın Novokuznetsk şəhərində kömür mədənində uçqun baş verib. Məlumata görə, hadisə 300 metr dərinlikdə mədənin ventilyasiya hissəsində baş verib. Uçqunun hansı səbəbdən baş verməsi məlum deyil.
Ermənistan parlamentində deputatlar arasında dava düşüb
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub. Məlumata görə, “Tsarukyan Bloku” fraksiyasının deputatları Artur Manukyan və Serqey Baqratyan fraksiyanın digər üzvü David Manukyanın kabinetində dalaşıblar. Hadisə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsvermə zamanı yaranmış gərginlikdən sonra baş verib.
Jirinovski: Rusiyanı o adam idarə etməlidir
Rusiya prezidenti postuna daha təcrübəli biri sahib olmalıdır. Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. Jirinovski Rusiyanı idarə etmək üçün böyük həyat təcrübəsinə sahib olmağın vacibliyini vurğulayıb. O, 71 illik həyatının 43 ilini sovet hakimiyyəti altında yaşadığını və çar hakimiyyətini görmədiyi üçün təəssüfləndiyini bildirib. Partiya sədri əsl liderin ölkəsində ən mühüm tarixi əhəmiyyətli hadisələri yaşamalı olduğunu qeyd edib.
Moskva BOMBA həyəcanı yaşayır - Təxliyə aparılır
Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyə edilib. Məlumata görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub. Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.
ABŞ İranın raket istehsalına qadağaya hazırlaşır
Vaşinqton Tehranın husilərə silah tədarük etməsiylə bağlı BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini çıxarmaq niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.
Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edəcək
Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini 2019-cu ilin yanvarında bərpa edəcək. Bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib. O qeyd edib ki, bu qərar ABŞ-ın Türkiyə vətəndaşlarına 2019-cu ildən başlayaraq viza verilməsi ilə bağlı açıqlamasına cavab olaraq qəbul edilib.
“Post-sovet respublikaları Rusiyanın tərkibinə qayıdacaq” - QALMAQALLI BƏYANAT
Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski keçmiş SSRİ ərazilərinin Rusiyanın tərkibinə qayıdışı imkanı haqqında danışıb. Dövlət Dumasının üzvü partiyasının 31-ci qurultayında çıxışının gedişatında post-sovet respublikalarının Rusiyanın tərkibinə könüllü qayıdışını istisna etmədiyini bildirib.
Aksiya zamanı 5 nəfər öldü, 93 nəfər yaralandı
İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmurun maaşların ödənilməməsi və korrupsiyaya etiraz olaraq keçirdikləri aksiyada baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 93 nəfər yaralanıb.
İranın Ermənistan sevgisi
Hər zaman İslam həmrəyliyini əlində bayraq edən, lakin əməlində bu həmrəyiikdən əsər-əlamət olmayan İran İslam Respublikası yenə də özünün ermənipərəst mövqeyi öz ampluasındadır. Son bir neçə ay ərzində cənub qonşumuzun rəsmi və qeyri-rəsmi səviyyələrində keçirilən görüşlər, verilən açıqlamalar bunu bir daha sübuta yetirir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, indi İranda ermənipərəst mövqe özünü daha qabarıq şəkildə büruzə verir, ortaya çıxarır.
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur...
İndoneziyanın Sumatra adasında yaşayan minangkabauluların sayı 4.5 milyona çatır. Həmin adada matriarxatlıq hökm sürür. Belə ki, burada kişilər "gəlin" olurlar. Toy günü bəy təmtəraqlı mərasimlə gəlinin evinə köçür.
Yunanıstanda qaçqın düşərgəsində dalaşdılar - SƏBƏB?
Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgəsində kütləvi dava baş verib. Məlumata görə, 6 saat davam edən toqquşma nəticəsində azı 15 nəfər xəsarət alıb.
“İsrail və Fələstin münaqişəni özləri həll etməlidir”
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə hazırdır, lakin tərəflərin özləri müstəqil olaraq danışıqlar aparmalıdırlar.














