Dünya
Oğluna “Bitkoin” adı verdi
Krımda bir cütlük yeni doğulan övladına “Bitkoin” adını verib. Körpənin 31 yaşlı atası oğlunun adını Bitkoin qoymaqla kripto valyuta sənayesinə dəstək verdiyini açıqlayıb.
Erməni generaldan aprel döyüşləri ilə bağlı – ETİRAF
Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general Movses Akobyan 2016-cı ildə baş tutan aprel döyüşlərində işğal etdikləri ərazilərin bir qismini itirdiklərini etiraf edib. Erməni hərbçi bunu “Joxovurd” qəzetinə müsahibəsində deyib. Movses Akobyan hazırda həmin torpaqların yenidən işğal edilməsinin məqsədəuyğun olmadığını bildirib:
Fransalı cütlük Türkiyədə saxlanıldı
Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb. Anti-terror polisi Fransa vətəndaşlarını Sabiha Gökçen hava limanında öz ölkələrinə uçmaq istəyərkən saxlayıb. Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.
Xəstəxanada silahlı insiden
Sabiq dövlət məmuruna 63 il həbs verildi
İranın keçmiş vitse-prezidenti Həmid Rza Bakai 63 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunur. Qeyd olunur ki, məhkəmə keçmiş vitse-prezidenti iri məbləğdə dövlət vəsaitini sərf etməkdə və 63 fərqli bank hesabı açmaqda təqsirli bilib.
Mərkəzdə Yeni il şənlikləri QADAĞAN OLUNDU
İstanbulun Bəyoğlu bələdiyyəsi mərkəzi Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı şənliklərin, tədbirlərin keçirilməsini qadağan edib. Bu barədə Bəyoğlu bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib. Onun sözlərinə görə, Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq, polis gücləndirilmiş rejimdə çalışacaq.
“Ağıllı” mikroskop qanda bakteriyaları müəyyənləşdirəcək
İsrailin “Beth Israel Deaconess Medical Center” (BIDMC) mərkəzinin mikrobioloqları süni intellekt vasitəsilə qanda patogenləri müəyyənləşdirən “ağıllı” mikroskop yaradıblar. Mikroskopun köməyi ilə əldə edilən şəkillər kompüter təlimi alqoritmi tərəfindən emal olunur.
“Facebook” başqası tərəfindən yerləşdirilmiş şəkillərdə istifadəçilərin sifətini identifikasiya edəcək
“Facebook” sosial şəbəkəsi istifadəçilərə kimsə onlarla birgə çəkilmiş şəkli yüklədikdə (istifadəçi şəkildə qeyd edilməyibsə belə) bildiriş göndərəcək.
“Nokia 9” smartfonunun mövcudluğu rəsmən təsdiq edilib
Çoxsaylı məlumat sızması və şayiələrdən sonra indiyədək nümayiş olunmayan qabaqcıl “Nokia 9” smartfonu barədə ilk doğru informasiya yayılıb.
“Chrome” brauzerinin beta versiyası avtomatik işə düşən videoları blok etməyə başlayıb
“Google” şirkəti “Chrome” brauzerinin avtomatik işə düşən video, üzə çıxan pəncərə və digər arzuolunmaz məzmunu blok edən funksiyaya malik növbəti beta versiyasını təqdim edib.
Üçölçülü çapın geniş yayılacağı proqnozlaşdırılır
"Gartner” analitik şirkəti üçölçülü çap bazarının inkişafı üzrə proqnoz tərtib edib. Ekspertlərin qənaətinə görə, texnologiya tibbi ləvazimat, təyyarə, istehlak malları və digər məhsul istehsalçıları tərəfindən geniş istifadə olunmaqda davam edəcək.
2021-ci ildə virtual və artırılmış reallıq qurğularının sayı 59 milyonu ötəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2017-ci ildə təxminən 9,6 milyon virtual və artırılmış reallıq (VR/AR) qurğusu dünya bazarına çıxarılacaq və 2021-ci ildə belə cihazların tədarükü 59 milyonu ötəcək.
Küçələrdə, skamyaların üstündə yatan məşhurların UĞUR HEKAYƏSİ
Sevdiyimiz məşhurları televiziya proqramlarında həmişə qəhqəhə atarkən, şən əhvalda görürük. Həyatları qüsursuz, işləri asan görünür. Yalnız sevdikləri işlə məşğul olub milyonlar qazanırlar deyə düşünürük. Lakin bəzilərinin həyatları haqqında bilmədiyimiz məqamlar da var.
13 illik ailə həyatları ilk məhkəmədə bitdi
Türkiyəli məşhur müğənni Haluk Levent 13 illik həyat yoldaşından ayrıldı. Olaylar.az bildirir ki, 48 yaşlı müğənni bundan öncə həyat yoldaşından ayrılmaqdan imtina etmişdi. Lakin, cütlük ilk məhkəmə prosesində yollarını ayırıblar.
“Facebook Messenger Lite” 100 milyon dəfə yüklənilib
Məhdud funksionallığa malik orijinal “Facebook Messenger”in yüngül versiyası olan “Facebook Messenger Lite” mobil proqramı “Google Play” mağazasından 100 milyon dəfədən çox yüklənilib.




.jpg)









