Dünya
Ağrıda sıx duman 5 nəfəri öldürdü
Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib. Məlumata görə, iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Xakerlərdən futbolçuya şok: Arvadının lüt şəkillərini yaydılar
İstanbulda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb
Türkiyənin İstanbul şəhərində terrorçularla əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb. İstanbul polisinin Terrora Qarşı Mübarizə Şöbəsi “Əcənəbi terrorçu döyüşçülərə qarşı əməliyyat” kod adı altında əməliyyat-axtarış tədbiri keçirib.
ABŞ yeni müharibənin planını hazırlayır - SSENARİ
Birləşmiş Ştatlar raket-nüvə proqramının dayandırılması məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbənin vurulması planını hazırlayır. Bu haqda məlumatlı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti bildirib.
ABŞ-dan Türkiyəyə təhdid: Prezident seçkilərində...
Keçmiş CIA idarəçilərindən olan Qraham Fuller Türkiyə barədə təhdidedici ifadələr səsləndirib. Fuller Fətullah Gülənin “green kart” alması üçün etimadnamə yazdığını etiraf edib. İndiyə qədər Türkiyə haqqında üç kitab yazan Fuller 15 iyul çevriliş cəhdinin FETÖ tərəfindən həyata keçirilmədiyini iddia edib.
Gürcüstan-Ermənistan sərhədində Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb. Məlumata görə, saxlanılan şəxsin avtomobilində bəyan edilməmiş, ümumi çəkisi 537,7 kiloqram olan mis qırıntıları aşkar olunub. Müsadirə olunmuş malın gömrük dəyəri 4086,52 lari təşkil edib.
İŞİD cəlladı Türkiyədən Yunanıstana keçmək istəyərkən saxlanılıb
Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətində İŞİD-in tanınmış cəlladlarından biri Mahmud ləqəbli 28 yaşlı terrorçu saxlanılıb. Məlumata görə, bu barədə vilayət polisi xəbər yayıb. Terrorçunun Suriyadan Türkiyə ərazisinə daxil olması və buradan Yunanıstana keçmək planları barədə polisə xəbər daxil olduqdan sonra əməliyyat keçirilib. Məlumata görə, ilkin dindirilmədə Mahmud İŞİD-çi olduğunu, günahını etiraf edib, eləcə də həyat yoldaşı və anasının da İŞİD üzvləri olduqlarını bildirib.
Ukrayna-Rusiya münasibətlərində YENİ MƏRHƏLƏ
Bolqarıstan Ukraynadan gələn şikayət səbəbilə Rusiya ilə əldə etdiyi “MiG-29” bərpa razılaşmasını ləğv edib. Bu barədə Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.
Cenifer Lopez dəbdəbəli villasını satışa çıxarıb: 4 yataq otağı və 11 hamam...
Dünyaca məşhur olan müğənni Cenifer Lopezin Nyu Yorkda yerləşən dəbdəbəli villası satışa çıxarıb. Keçmiş beyzbol oyuncusu olan sevgilisi Alex Rodriguezlə birlikdə yaşamağa qərar verən müğənni evini 27 milyon dollara satışa çıxarıb. 4 yataq otağı və 11 hamamı olan villa böyüklüyü və genişliyi ilə media gündəmindən düşmür.
Avtomobili insanların üzərinə sürdü - 15 yaralı
Avstraliyanın Melburn şəhərində avtomobil piyadaların üzərinə sürülüb. Hadisə nəticəsində 15 nəfər zərər çəkib. Onlardan 13-ü xəstəxanaya yerləşdirilib. Sürücü saxlanılıb.
Ərdoğanı bu iki qadın iqtidardan uzaqlaşdıracaq - FETÖ-nün SON ÜMİDİ
“Dünyada Merkel (Almaniya kansleri –red.), Türkiyədə Meral (İYİ Partiyasının sədri Meral Akşener –red.) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdıra bilər”.
Ərlə məşuqəsini ayırır, ailəni möhkəmlədir - Sevgi xəstəxanasında fərqli xidmət
Görənləri şoka salır - Bu nədir?
Tramp Qüds qərarına etiraz edən ölkələri TƏHDİD ETDİ
BMT-nin ümumi iclasında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına qarşı səsvermə keçiriləcək.














