Dünya

Ermənistanı gözləyən DƏHŞƏTLİ 2018 SSENARİSİ: Qarabağda müharibə və... - Rusiya AÇIQLADI

21 Dekabr 2017 15:31

2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər. Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb. “2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”, - deyə hesabatda deyilir. RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”.

Kataloniyada parlament seçkisi başladı

21 Dekabr 2017 15:29

Kataloniyada regional parlament seçkisi keçirilir. Artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub. İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.

ABŞ-da sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı

21 Dekabr 2017 15:03

ABŞ-ın Rutqers Universitetinin elm adamları ölkənin şimal-şərqində yerin altından üstünə doğru çıxan, əriyən qaya kütlələri tapıb. Bu barədə “Science Alert” dərgisi məlumat yayıb. Araşdırma əsnasında minlərlə geoloji sensordan yaradılan şəbəkədən istifadə edilib.

Həyat yoldaşından məşhur müğənninin ünvanına AĞIR SÖZLƏR: “Əsl kişi…”

21 Dekabr 2017 15:01

Mustafa Sandaldan ayrıldığı deyilən Əminə Sandal həyat yoldaşının ünvanına çox ağır ifadələr işlədib. Əminə Sandal sosial şəbəkədə qadına göz yaşı tökdürən kişilərdən yazıb. Ən böyük səhvinin insanlara göstərdiyi sevginin qarşılığını görmədiyini deyən Əminə Sandalın müğənni haqqında yazdığı fikirlərini təqdim edirik: "Əsl kişi qadını əsla incitməz.

Filippində dalğa bərəni aşırdı - 251 nəfər dənizə töküldü

21 Dekabr 2017 14:59

Filippində paytaxt Maniladan 70 km şərqdə 251 nəfəri aparan bərə batıb. Məlumata görə, Filippin Sahil Mühafizəsi ölü və yaralı sayının hələ dəqiq bilinmədiyini bildirib. Hadisə yerinə çox sayda helikopter göndərilib. Yerli radiolardan biri bərənin batması nəticəsində ən azı 4 nəfərin öldüyü barədə xəbər yayıb.

Dünyanın miqrasiya problemi

21 Dekabr 2017 14:37

Müasir dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin sırası genişlənməkdədir. Hazırda mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, bir sıra ölkələrdə hərbi müdaxilələrə gətirib çıxarıb. Belə bir şəraitdə miqrasiya probleminin artması Avropa dövlətləri üçün əsil “barıt çəlləyinə” çevrilib. Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova qeyd edib ki, yeni nizam qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər çıxarıb. Bu sırada hazırda qoca qitənin "yuxusuna haram qatan" miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir.

Rusiyada ilk doğulan uşaqlara AYLIQ müavinət veriləcək

21 Dekabr 2017 14:30

Rusiya Dövlət Duması birinci uşağın doğulmasına görə aylıq müavinətin verilməsi barədə qanun layihəsini təsdiq edib. Aylıq müavinət uşağın 1 il 6 aylığınadək ödəniləcək. Müavinət həm də övladlığa götürülmüş uşaqlar üçün şamil ediləcək.

Əsgərin konservasından at əti çıxdı - Nazir işə qarışdı - VİDEO

21 Dekabr 2017 14:29

Türkiyədə 4 ton qovurma at əti aşkar edilib.  Müdafiə naziri Nurettin Canikli Dəniz Qüvvələri Komandanlığının ehtiyacı üçün alınan qovurma konservalarının 4 min 50 kiloqramında at əti aşkar edildiyini açıqlayıb.

İlin milyarderi o oldu - Rusiyada

21 Dekabr 2017 14:16

"Alfa-Qrupp" şirkətinin Müşahidə Şurasının sədri Mixail Fridman "Forbes" jurnalının versiyasına əsasən Rusiyada ilin iş adamı seçilib. Jurnal M.Fridmanın il ərzində xarici şirkətlərə 5 milyard dollardan çox investisiya qoyduğunu hesablayıb. Bu göstərici rusiyalı iş adamları üçün rekord hesab olunub.

Bütün dünyanın gözü ORADA OLACAQ: Saat 19:00-u GÖZLƏYİN

21 Dekabr 2017 14:13

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında tarixi bir hadisə yaşanacaq. Qurumun fövqəladə toplantısında ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq hazırlanan qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Məşhur pəhriz həb formasında olacaq

21 Dekabr 2017 13:23

Həkimlərin ürək xəstələrinə məsləhət gördükləri Aralıq dəniz pəhrizi artıq həb halında satışda ola bilər. Olaylar.az bildirir ki, Kembric Universitetində aparılan araşdırmalar zamanı pəhrizi həb olaraq insanlara təqdim etməyin mümkün olduğu öyrənilib.

Türkiyə parlamentində erməni əsilli deputata görə dava düşdü

21 Dekabr 2017 13:13

Türkiyə Böyük Millət Məclisində növbəti insident yaşanıb. Məlumata görə, bu dəfə hakim Ədalət və İnkişaf Partiyası AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Levon Markos: “Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

21 Dekabr 2017 13:09

Rusiyalı iş adamı Levon Markos Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir. 2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb. Lakin sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

Azərbaycan pasportu daşıyan çox iri və sirli mafioz Avstriyada tutuldu

21 Dekabr 2017 13:08

Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında ən iri və və sirli kölgə bankirlərindən olan Ruslan Barkovski tutulub. Barkovski bir neçə ölkənin pasportunu daşıyırdı və daim yerini dəyişirdi, bir ölkədən o birinə gedirdi. Onun son vaxtlar İspaniya, Almaniya, İsveçrə, Fransa və Avstriyada olduğu məlumdur. Nəhayət sonuncu ölkədə onu yaxalamaq mümkün olub.