Dünya
350 məhbus yoxa çıxıb
“Human Rights Watch” təşkilatı Şimali İraq Kürd Muxtariyyəti tərəfindən Kərkükdə saxlanan 350 məhbusun yoxa çıxdığını deyib. Məlumata görə, itkin düşən məhbusların böyük əksəriyyəti İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan şəxslərdir.
Ərdoğan: Əziz Tramp, Türkiyənin iradəsini dollarla satın ala bilməzsən
Amerika Birləşmiş Ştatları heç bir pul müqabilində siyasi iradəsini Türkiyəyə qəbul elətdirə bilməz. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyədə aviareyslər təxirə salındı
Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə salınıb. Bu qərara sıx dumanın davam etməsi səbəb olub. Aviareyslərin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib. Məlumata görə, hazırda İğdır vilayətində görüntü məsafəsi 20 metrdən aşağıdır.
Başqasının arvadını əlindən alan aktyordan ŞOK CAVAB: Qızım olsaydı...
"Hababam Sınıfı"nın "Hayta İsmail"i Ahmet Arımanın 17 oktyabrda özündən 39 yaş kiçik gənc qadınla ailə qurmağı haqda məlumat vermişdik.
Hindistanda pələng toya hücum etdi
Hindistanda bir toy mərasimi qanlı hücumla bitib. Kənd ərazisində qeyd olunan toya ağacların arasından çıxan pələng hücum edib. Nəticədə bir qadın ağır şəkildə xəsarət alıb. Pələng tutularaq meşəyə buraxılıb.
Netanyahu BMT-nin Qüdslə bağlı qərarını pislədi
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsini rədd edir. Netanyahu Qüdsü İsrailin paytaxtı kimi çoxdan görmək arzusunda olduqlarını deyib. "ABŞ-a 70 il lazım oldu ki, bu qərarı versin. İndi də BMT-yə illər lazımdır ki, bizim istədiyimiz kimi addım atsın" - baş nazir deyib. Netanyahu İsrailin BMT-nin qərarını tanımayacağını və tikinti işlərinin davam etdiriləcəyini bildirib.
İdman mərkəzində faciə: 16 ölü, 10-dan çox yaralı
Cənubi Koreyanın Cekelon şəhərində idman mərkəzlərinin birində baş verən yanğında 16 nəfər həyatını itirib,10-dan artıq insan yaralanıb. Səlahiyyətlilər yanğının səkkiz mərtəbəli idman mərkəzinin avtomobil parkında bir maşının alovlanmasıyla başladığını bildiriblər. Həyatını itirənlərin ikinci mərtəbə yerləşən saunaya gələnlər qeyd edilir.
Ermənistanda sonun başlanğıcı və ya erməni-rus münasibətlərinin sərhədi
Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişinin bağlanmasından sonra erməni və rus ictimaiyyətində həyəcan siqnalları eşidilməkdədir. Bu siqnallardan biri rus sərhədçilərinin İrana qədər uzanan İrəvan-Qoris-Mehri beynəlxalq yolunun 40 metrlik idarəsinin tikilməsinə razılıq verməməsidir. Rus sərhədçilərin öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası müqaviləyə uyğun hərəkət etməsinə baxmayaraq, Ermənistanda bu geniş əks-səda doğurub və rus hərbçilərinin dərhal ölkədən çıxarılması barədə çağırışlar səslənir. Ermənistanda hazırki situasiyanı "gəmidə oturub gəmiçi ilə dalaşmaq" da adlandırmaq olar. Lakin bu, mənasızdır. Çünki Ermənistan özü 1992-ci ildə ölkənin Türkiyə və İran sərhədinin qorunması üçün Rusiya FTX-nın sərhəd xidməti ilə müqavilə imzalayıb. O vaxtdan bəri heç nə dəyişməyib. Çox maraqlıdır ki, Ermənistan rus hərbçilərini ölkədən çıxartdıqdan sonra öz sərhədlərini qoruyacağına inanırmı?
Türkiyə tarixində ən böyük antik əşya əməliyyatı – On minlərlə tarixi əsər ələ keçirildi
İstanbul polisi tarixi əsər sayılan 26 min 456 ədəd antik əşyanı ələ keçirib. Antik əşya qaçaqmalçılığı ilə bağlı Türkiyə tarixində keçirilən ən böyük əməliyyatda 13 qaçaqmalçı yaxalanıb. İstanbul Polis İdarəsinin qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin nümayəndələri 3 ay apardıqları izləmədən sonra əməliyyatı uğurla başa vurublar.
10 illik ərini boşayır - Təcavüz qalmaqalına görə
Məşhur modelyer Georgina Chapman Holivudda 80-dən çox qadına təcavüzdə ittiham edilən prodüser əri Harvey Weinsteindən boşanır. Bir müddət əvvəl evi tərk edən Chapman məhkəməyə müraciət edib. 10 illik ailəsini dağıtmaq qərarına gələn modelyer həyat yoldaşından 12 milyon dollar təzminat istəyir.
İranda gecə baş verən zəlzələdə 97 nəfər yaralandı, hamilə qadın öldü
İranda ötən gecə baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, 97 nəfər isə yaralanıb. Ölən zəlzələdən qorxan hamilə qadın olub. 5,2 bal gücündə olan zəlzələ paytaxt Tehran yaxınlığında qeydə alınıb.
Toyda siyahıya pul əvəzinə bitkoin yazdırmaq ənənəsi başladı
Hindistanda Praşant Şarma və Niti Şri evlənməyə hazırlaşanda, qərara alıblar kı, onların toy məclisinə gələnlər onlara ənənəvi hədiyyə yox, qeyri-adi nəsə bağışlasınlar və gənc cüt bu arzularını qonaqlara çatdırıblar.
Prezident: Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm
Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək. Məlumata görə, daha öncə Moldova prezidenti 6 nazirin istefasını təsdiq edib.
Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır
Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Bunu Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov Bakıda keçirilən V Azərbaycan-Rusiya Gənclər Forumunda çıxışı zamanı deyib.
Ağ Ev Ukraynaya ölümcül silahların verilməsi barədə qanun layihəsini təsdiqlədi
ABŞ prezidenti Donald Trampın Administrasiyası Ukraynaya ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla Tramp Administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahlarının satılması barədə qoyduğu qadağadan imtina edib.














