Dünya

ABŞ Kərimovun qızına sanksiya tətbiq etdi

22 Dekabr 2017 09:10

ABŞ Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı “Maqnitski siyahısı” çərçivəsində sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında informasiya verilib. Məlumatda bildirilib ki, Kərimova müxtəlif cinayətlər həyata keçirən sindikata rəhbərlik edib. Bu cinayətlərə şirkətlərin ələ keçirilməsi, bazarların monopoliyaya alınması, rüşvət və reketlik daxildir.

Çeçenistanda XÜSUSİ ƏMƏLİYYAT - 400 maskalı Yamadayevlər ailəsinə hücum etdi

21 Dekabr 2017 21:01

Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum ediblər. Bu barədə “Rosbalt” mənbəyə istinadən yazıb. Bildirilir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayırlar.

Azərbaycanlı İtaliyada polisi döydü

21 Dekabr 2017 20:59

İtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər. Üç sərxoş kişi polislərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.

Oskara namizədlərin siyahısı açıqlanıb

21 Dekabr 2017 20:49

ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatının əsas nominasiyası uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.  "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.

Çavuşoğludan SƏRT AÇIQLAMALAR: "ABŞ qoçuluq edir"

21 Dekabr 2017 20:45

BMT-nin Baş Assambleyasının Qüdslə bağlı xüsusi sessiyası davam edir. Sessiyada Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxış edib və haqq-ədalətin yanında olacaqlarını bildirib. "Burada dəfələrlə toplantılara qatıldıq. Söylədik ki, fələstinlilərin də bizim kimi azad, firavan yaşamağa haqqı var. Ancaq işğal vəziyyəti davam etməkdədir.

Marsda yoxa çıxan suların sirri tapıldı

21 Dekabr 2017 20:35

İngiltərənin Oksford Universitetində aparılan araşdırma Mars planetində niyə su olmadığını ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, Marsın səthi süngərşəkilli olduğu üçün əvvəllər var olan su sonradan planetin mərkəzinə doğru çəkilib. Qırmızı planetdə su və yaşayışla bağlı axtarışlar davam etsə də, elm adamları müzakirələrə son qoymuş kimi görünürlər. Marsdakı qayalar Yer planetindəkilərə nisbətən 25% daha çox su tutma potensialına malikdir. Buna görə də qayalar Marsın səthindəki suları əmir.

“Dell Vostro 5370” biznes noutbuku təqdim edilib

21 Dekabr 2017 20:03

“Dell” şirkəti biznes istifadəçiləri üçün nəzərdə tutulan kompakt “Vostro 5370” noutbukunu nümayiş etdirib.

Avtonom döşəməyuyan robotun sınağı keçirilir

21 Dekabr 2017 19:48

“Walmart” pərakəndə satış şəbəkəsi beş mağazada döşəmələrin yuyulması üçün avtonom robotun sınaqlarını aparır. “Brain Corp.” şirkəti tərəfindən hazırlanan döşəməyuyan maşının kamera, ötürücü və lidar optik ötürücüləri ilə təchiz olunması ona yolda manevr etməyə və maneələri dəf etməyə imkan verir. Əvvəlcə insan tərəfindən yolun açılması üçün idarə olunan robot sonradan marşrutu yadda saxlayır və istiqaməti müstəqil müəyyənləşdirir.

Kompüter məhkəmədə yalanı ifşa edəcək

21 Dekabr 2017 19:42

ABŞ mütəxəssisləri məhkəmədə müttəhimin yalanını onun sifəti və səsinə görə müəyyənləşdirən "DARE" adlı süni intellekt sistemi yaradıblar. Sınaqlar proqramın bu vəzifənin öhdəsindən insandan daha yaxşı gəlməsini göstərib. Belə ki, kompüter tərəfindən yalanın müəyyənləşdirmə göstəricisi 90 faiz təşkil edib. Proqramın "AAAI-18" süni intellekt konfransında nümayişi gözlənilir.

Mobil qurğular üçün miniatür kənar akkumulyator buraxılıb

21 Dekabr 2017 19:36

Çinin “Xiaomi” şirkəti “ZMI” subbrendi çərçivəsində mobil qurğuların enerji ilə doldurulması üçün yeni “Power Bank Mini” kənar akkumulyatorunu təqdim edib. Qabaritlərinin kiçikliyi ilə seçilən yeni qurğu istehsalçı tərəfindən buraxılan ən miniatür akkumulyatordur.

Çində kassirsiz işləyən yüzlərlə "ağıllı" supermarket açılacaq

21 Dekabr 2017 19:00

Çində “Alibaba”dan sonra ikinci ən böyük onlayn pərakəndə şəbəkəsi olan “JD.com” kassiri olmayan yüzlərlə tamamilə avtomatik mağaza açmaq planı haqda məlumat verib. Layihə Honkonqun “China Overseas Land & Investment Ltd” developerinin iştirakı ilə həyata keçirilir. Artıq “JD.com”un Pekin ofisinin 10 min əməkdaşı "ağıllı" ticarət nöqtələrini sınaqdan keçirib.

“Microsoft” şirkəti “Google Chrome” brauzerini quraşdırmağı qadağan edib

21 Dekabr 2017 18:55

“Microsoft” korporasiyası “Google Chrome” quraşdırıcısını öz proqramlar mağazasından silib. Beləliklə, “Windows 10 S” istifadəçiləri sözügedən brauzerdən istifadə edə bilməyəcəklər.

“ThinQ” brendli süni intellektə malik “LG” məhsulları istehsal olunacaq

21 Dekabr 2017 18:50

“LG” şirkəti süni intellektə malik məişət texnikasının buraxılacağı “ThinQ” subbrendini təqdim edib. Bu barədə şirkətin rəsmi saytında deyilir.

"Uşağımın kimdən olduğunu bilmirəm" deyən qadın canlı yayımda ŞOK YAŞATDI - VİDEO

21 Dekabr 2017 18:20

Beyaz TV-də yayımlanan "Hayatta Her Şey Var" proqramının canlı yayımına telefonla bağlanan qadın ifadələri ilə studiyadakıları dəhşətə gətirib. Adını vermək istəməyən qadın bir övladı olduğunu və uşağının kimdən olduğunu bilmədiyini söyləyərək hər kəsi çaşbaş salıb.

Kiyevə hücum başlanacaq! – ABŞ müharibənin FİTİLİNİ YANDIRDI

21 Dekabr 2017 17:59

ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə letal (ölümcül) silahların birinci partiyasının çatdırmasını bəyənib.  Amerika hökumətindəki məlumatlı mənbələr informasiyanı “Vaşinqton Post” qəzetinə açıqlamasında təsdiq ediblər.