Dünya
Kataloniya inad etdi, yenə separatçılığa səs verdi
İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyini tələb edən partiyalar regional parlamentdə tam çoxluğa nail ola bilərlər. Kataloniyada keçirilmiş regional seçkilərdə səslərin 52 faizinin sayılmasından sonrakı rəsmi nəticələr buna dəlalət edir.
Rusiyada məktəbdə şagirdlərə atəş açıldı
Rusiyanın Xabarovsk diyarının Komsomolsk-na-Amure şəhərində məktəblərin birində atışma olub. 10-cu sinif şagirdi məktəb binasının artırmasına çıxaraq pnevmatik tapançadan qazona tərəf atəş açıb. Bir neçə güllə üç nəfər 7-ci sinif şagirdinə tuş gəlib. Onlardan birinin bədənində qançır əmələ gəlib.
Baytar qadından inanılmaz vəhşilik
ABŞ-ın Luisiana ştatında baytar qadın çərşənbə günü heyvanlara qarşı vəhşilik törədilməkdə ittiham olunaraq tutulub. Məlumata görə, o, qonşularından birinin itini başından yaralayaraq ölümcül vəziyyətə salıb. 35 yaşlı Kelly Fols "River Ridge"də yaşayan yan qonşusuna məxsus 15 aylıq itləri Bruizeri öldürməkdə günahlandırılır.
Rusiya Balkanlarda yeni gərginlik dalğası yaradır - Qərbdən XƏBƏRDARLIQ
Rusiya Balkanlarda öz təsirini gücləndirmək üçün Serbiyanı fəal şəkildə silahlandırır. Bu haqda “The Associated Press” agentliyi bildirib.
Evlilik təklifi rədd edilən oğlandan DƏHŞƏTLİ ƏMƏL - FOTOLAR (+18)
26 yaşlı oğlan ona ərə getmək istəməyən qızı əvvəlcə təqib edib, daha sonra isə öldürüb. Başqırdıstanın paytaxtı Ufa şəhərində dəhşətli hadisə baş verib. 26 yaşlı oğlan uzun illərdir təqib etdiyi 23 yaşlı qıza evlənmə təklif edib. Qız isə ona "yox" cavabını verib. Bundan qəzəblənən oğlan qızı izləyib və ticarət mərkəzlərinin birində qarşısına çıxaraq onu qaçırtmaq istəyib.
"Qısa ətək geyinmişdi, ehtiraslandım" - Küçədə qıza toxunan kişi
Yaxın Şərqi qan gölünə çevirəcək müharibə - 4 MƏRHƏLƏLİ SSENARİ
Bir neçə gün əvvəl Yəməndə İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Salmanın rəsmi iqamətgahı olan Yamama Sarayını raketlə hədəf aldı. Səudiyyə buna cavab olaraq, Yəməndə ağır bombardmanlara başlayıb. Baş verənlər münasibətləri gərgin olan regionun iki böyük ölkəsi arasında hərbi qarşıdurmanın baş vermə ehtimallarını gücləndirir.
İrsi korluğun müalicəsi üçün preparat
ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib. Luxturna adı verilən dərman preparatı görmə qabiliyyətini itirən hər kəsə kömək edir. Preparat son beş ayda gen terapiyası sahəsində qəbul olunmuş üçüncü dərmandır. Luxturna geni dəyişdirərək onu sağlam genlə əvəz edir və hətta göz nurunu tam itirənlərin də görmə qabiliyyətini bərpa edir.
Fənər funksiyasını yerinə yetirən güllər icad edilib
Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən “Lampa” kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər. Alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar. Tədqiqatçılar tərəfindən silisium və üzvi polimerlər əsasında nanohissəciklər yaradılaraq, ot və yarpaqların toxumalarına xüsusi piqment və ferment "kokteyli" yeridilib. Bu zaman işıq şəklində enerji ayrılması ilə nəticələn kimyəvi reaksiya baş verib. Beləliklə, alimlər 3,5 saat ərzində sönməyən nisbətən parlaq işığa nail olublar.
Kim Çen In: “Şimali Koreya ABŞ-a birbaşa nüvə təhlükəsi yaşadacaq tək ölkədir"
Təyyarə qəzaya uğradı
Meksikanın Kintana-Roo ştatında turistləri daşıyan təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində həlak olan olmayıb. Təyyarədə olan 4 turist və 1 pilot müxtəlif xəsarətlər alıblar. .
ŞOK: Heyvan nəcisindən salfet düzəldirlər - FOTO
Çinin Sicuan əyalətində fəaliyyət göstərən “Qianvei Fenqshenq” kağız şirkəti “Nəhəng Pandaları Qoruma və Araşdırma” mərkəzi ilə birgə qəribə layihə həyata keçirib. Şirkət ölkənin simvollarından olan pandaların nəcisindən və yediyi bambuk ağaclarının qalığından tualet kağızı, kağız və salfet istehsal edib. Yaxın gələcəkdə “Panda nəcisi” (Panda Poo) adı altında satışa çıxarılacaq məhsulların qablaşdırılmasında bambuk ağacı yeyən panda təsviri verilib.
Kilsə rahibinin əsl peşəsi hamını şoka saldı - FOTOLAR
Rusiyanın cənub-qərbində yerləşən İvanovka kəndində kiçik bir kilsənin baş rahibi ölkəsində manşet olub. Rahib Maksim Pastuxov əzələ nümayişi yarışmasına qatılıb və 3-cü yerə layiq görülüb.
Hadisə Azərbaycanda konsert verəcək
Türkiyənin "Ensonhaber.com" agentliyi ölkə müğənnilərinin Yeni ili harda qarşılayacaqları ilə bağlı xəbər yayıb. Agentlik müğənni Tarkanın Yeni ildə Kiprdə konsert verəcəklərini bildirib. Məlumata görə, Tarkanla yanaşı, Candan Erçetin və Ebru Gündeş də Yeni ili Kiprdə qarşılayacaqlar.
27 illik düşmənlik başa çatdı - İKİ ƏFSANƏ BİR ARADA - VİDEO
Uzun müddətdir küsülü olan Amerika Basketbol Liqası NBA-nın iki əfsanəsi Mecik Conson və İsax Tomas yenidən bir araya gəlib. İki dost 1990-cı ildə yaşanan bir hadisədən sonra düşmənə çevrilmişdi. Keçmiş dostlar “NBA” televiziyasındakı bir proqramda görüşüblər. İkili verilişdə Mecikin üzr istəməsindən sonra qucaqlaşaraq barışıblar.














