Dünya
42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib
İsraildə 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib. Bu barədə “Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, oğlan uşağı tamamilə sağlamdır. Qadının yalnız iki uşağı əkizdir. Qadının böyük uşaqlarının artıq öz övladları var.
“Dünya satılıq deyil” – Venesueladan ABŞ-a sərt sözlər
Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada BMT-nin ümumi qurultayında ABŞ-a meydan oxuyub. BMT-də Qüdslə bağlı səsvermədən əvvəl açıqlama verən S. Moncada Fələstinə sahib çıxdı. Venesuela rəsmisi çıxışında ABŞ-ın sözündən çıxmayan bəzi sözdə müsəlman liderlərinə dərs verib: “Buradan ABŞ hökumətinə səslənirəm. Dünya satılıq deyil. Artıq Birləşmiş Millətlər Təşkilatına təzyiq göstərməkdən əl çək”.
Avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş yaralanıb
Avstraliyanın Melburn şəhərinin mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında 9 əcnəbi vətəndaş da var. Bu barədə Avstraliyanın Viktoriya ştatının polisi məlumat verib. Polisin "Twitter"də yerləşdirdiyi məlumata görə, əcnəbilər Cənubi Koreya, Çin, İtaliya, Hindistan, Venesuela, İrlandiya və Yeni Zelandiya vətəndaşlarıdır. İnsidentlə əlaqədar xəstəxanaya, ümumilikdə, 20 nəfər müraicət edib, onlardan 18-i xəstəxanaya yerləşdirilib və 4-ü artıq evə buraxılıb. Hazırda xəstəxanada olan 14 nəfərdən üçünün vəziyyəti ağırdır.
İdman dərsində şagirdin beli qırıldı, müəllim işdən çıxarıldı - VİDEO
Şagird fiziki tərbiyə dərsi zamanı sinif yoldaşlarının və müəlliminin gözü qarşısında idman edərkən belini qırdığına görə müəllim işdən qovulub. Həmin anlar idman zalının təhlükəsizlik kamerasına düşüb. Videoda mayallaq aşan oğlanın belinin qırılması və sinif yoldaşlarının onun başına yığışması əks olunub. Beli qırılan oğlan xəstəxanaya çatdırılıb. Həkimlər onun onurğa sümüyünün çatladığını deyiblər.
Ermənistanda ərzaq məhsulları və məişət malları bahalaşacaq
Ermənistanda yanvarın 1-dən gündəlik ərzaq məhsulları və məişət malları bahalaşacaq. Məlumata görə, buna səbəb kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəticəsində 800-900 adda məhsulun gömrük dərəcəsinin qalxması göstərilir.
Saakaşvili: “Avropa ölkələrinin vizasına ehtiyacım yoxdur”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, nə Hollandiya, nə də digər Avropa ölkəsinin vizasına ehtiyacı yoxdur. Məlumata görə, M.Saakaşvili bunu medianın Hollandiyanın sabiq prezidentə viza verməsi ilə bağlı yazdığı xəbərə cavabında deyib: “Mənim Hollandiya vizasına ehtiyacım yoxdur.
Dünyanın ən uzun şüşə körpüsü açılacaq
Çinin Hebey əyalətində dekabrın 24-də dünyanın ən uzun .şüşə piyada körpüsü açılacaq. Məlumata görə, körpünün uzunluğu 488 metr, eni isə 2 metr təşkil edir. Körpü 218 metr hündürlükdə iki dağın başını birləşdirir.
Ərdoğan: “Dünya 5-dən böyükdür, 1-dən isə xeyli böyükdür”
“Suriya və İraqda baş verən proseslər gedərək əhatə altına alınır. ABŞ bizim həssas olduğumuz dəyərlərə hörmətlə yanaşdıqdan sonra onlarla birlikdə əməkdaşlıq etməkdən məmnun olarıq”.
Məhkəmə qarşısında PARTLAYIŞ
Yunanıstanın paytaxtı Afinada Apelyasiya məhkəməsinin önündə partlayış baş verib. Olaylar.az bildirir ki, partlayışdan öncə naməlum şəxs Yunan mətbuatına zəng edərək bu haqda məlumat verib. Partlayış zamanı ətraf tikililər zərər görsə də, heç kim xəsarət almayıb.
Kataloniyanın müstəqilliyinin tərəfdarları seçkilərdə qələbələrini bayram edir
Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb. İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.
Məşhur müğənni konsertini təxirə saldı
Məşhur türkiyəli müğənni konsertlərini təxirə saldı. Olaylar.az bildirir ki, Hakan Altun güclü soyuqdəymə səbəbi ilə xəstəxanaya yerləşdirilib. Sosial şəbəkə hesabından sevənlərinə bu xəbəri verən müğənni yaxın günlərdə konsert proqramı ilə görüşəcəyini açıqlayıb.
ABŞ dünən BMT-də Qüds qərarının əleyhinə səs verməyən dövlətlərə “təşəkkür ziyafəti” verəcək
ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.
7 məktəbli cinsi zorakılığa məruz qaldı
Türkiyənin İzmir şəhərinin Dikili qəsəbəsində yerləşən özəl məktəbin yataxanasında çalışan Ö.F adlı təmizlik işçisi 7 uşağı cinsi istismar edib. Olaylar.az bildirir ki, 39 yaşlı Ö.F- dən bölgədə fəaliyyət göstərən polis bölməsinə şikayət edilib.
Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya...
Polislər Charity Lee adlı qadına bəd xəbəri verəndə o, ofisdə iş vaxtının bitməsini gözləyirdi. Polislər əvvəlcə ona 4 yaşlı qızının xəsarət aldığını söyləyibər. Təşvişə düşən qadın özünü itirib və 13 yaşlı oğlunun harada olduğunu soruşanda polislər Paris Bennet adlı oğlunun da onların yanında olduğunu deyib.
Eks-prezidenti həbsxana gözləyir - Partlayışa görə
Argentina məhkəməsi eks-prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apelyasiya şikayətini təmin etməyib. Məhkəmə eks-prezidentin həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.














