Dünya

Tehranda bir gündə 230 oğlan və qız saxlandı

22 Dekabr 2017 16:36

İran polisi bu gün 230 gənc oğlan və qızı saxlayıb. Bu barədə informasiyanı İran Tələbələrinin İnformasiya Agentliyi yayıb. Agentlik gənclərin alkoqollu içki qəbul etdikləri üçün həbs olunduğunu bildirib. Onlarda spirtli içkilərlə bərabər psixotrop preparatlar da aşkarlanıb.

Yakutiyada 100 karatlıq almaz tapıldı

22 Dekabr 2017 16:30

Rusiyanın “Alrosa” şirkəti Yakutiyada 98,63 karat çəkidə almaz çıxarıb. Məlumata görə, səkkizbucaqlı şəffaf kristal formasında olan almazın diametri 3 santimetrə yaxındır.

Vəkil məhbus qadını əxlaqsızlığa vadar etdi

22 Dekabr 2017 16:05

ABŞ-da vəkil Endryu Spark həbs olunub. O, hüquqlarını qoruduğu müvəkkili, Florida ştatının Pinellas bölgəsində, Klirvater şəhərindəki "Pinellas County Jail" həbsxanasına salınmış məhbus, 26 yaşlı Antuanetta Napolitanoya təcavüzdə və qadını cinsi əlaqəyə vadar etməkdə suçlanır.

İtaliyada əl bombası partladı: 1 ölü, 1 yaralı

22 Dekabr 2017 16:04

İtaliyanın cənubunda yerləşən Neapol şəhərində əldəqayırma bombanın partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu haqda polis məlumat yayıb.

Metroda "hoqqa çıxartmaq" istəyən oğlan kişilikdən məhrum oldu - VİDEO

22 Dekabr 2017 16:02

London metrosunda çəkilən görüntülər sürətlə sosial şəbəkə vasitəsi ilə dünyaya yayılır. Videoda metronun qaydalarına əməl etməyən sərxoş gənc oğlanın iki eskalatorun arasındakı panelin üzərində sürüşərək özünü bədbəxt etməsi əks olunub. Hadisə axşam saatlarında Moorgate stansiyasında baş verib.

Mahmud Abbas: “ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”

22 Dekabr 2017 15:35

“ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil və biz ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”. Bunu Fələstin lideri Mahmud Abbas deyib. Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən “əsrin müqaviləsi” artıq keçmişdə qalıb. 2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı “əsrin müqaviləsi” adlandırıb.

Rusiyada qara qar yağıb

22 Dekabr 2017 15:27

Rusiyanın Novosibirsk şəhərinə qara qar yağıb. Məlumata görə, mer Anatoli Lokot şəhərin "Vesenniy" mikrorayonunun sakinlərindən çoxsaylı müraciətlər daxil olduğunu bildirib.

Bu ölkədə vulkana hüquqi şəxs statsu verilib - Ziyan vuranı cəza gözləyir

22 Dekabr 2017 15:21

Yeni Zelandiya hökuməti adanın şimalındakı Tarnaki vulkanına qanunla hüquqi şəxs statusu veriblər. Məlumata görə, bununla həmin vulkan inasnın malik olduğu eyni hüququlara malik olub. Belə ki, qərara əsasən, vulkana hər hansı ziyan vuran şəxs insana vurulacaq zərər qarşısında veriləcək cəza ilə cəzalandırlıcaq.

Ərdoğan Putinə təşəkkür etdi

22 Dekabr 2017 15:18

Türkiyə prezidenti Ərdoğan və Putin arasında telefon danışığı olub.  ABŞ-ın tarixi Qüds qərarının ardından Rəcəb Tayyib Ərdoğan Putinə zəng edərək, BMT Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Lavrov və Conson mətbuat konfransında mübahisə ediblər

22 Dekabr 2017 15:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Boris Conson arasında mübahisə yaranıb. Məlumata görə, mübahisə bu gün Moskvada  XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

Jirinovski rəsmən Putinin rəqibi oldu

22 Dekabr 2017 15:14

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezident seçkilərində rəsmən ilk namizəd olub.  Bu haqda Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.

Yamadayevlər ailəsinin evləri müsadirə olundu

22 Dekabr 2017 15:13

Çeçenistan güc strukturlarının Qudermesdə dünən keçirdiyi xüsusi əməliyyatın təfərrüatları məlum olub.

Türkiyə Jandarm Qüvvələrinin 16 zabiti haqda həbs sanksiyası verildi

22 Dekabr 2017 15:08

Türkiyənin Jandarma Qüvvələri Komandanlığının yüksək rütbəli 16 zabitinin tutulması üçün sanksiya verilib. Hərbçilərin saxlanılması üçün paytaxt Ankara başda olmaqla ölkənin 9 əyalətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Türkiyədə pişiklər kəndi salınacaq

22 Dekabr 2017 14:49

Türkiyənin Çanaqqala vilayətində pişiklər üçün kənd salınacaq. Məlumata görə, burada təqribən 200 pişik yaşayacaq. Kəndin ərazisinin 600 kv.m olacağı bildirilir. Burada heyvanlar üçün bunqalo görkəmində evciklər, yemək və su içmək yerləri də yaradılacaq.

İşdən çıxarılan ofisiant müdürünü və iş yoldaşlarını öldürüb, intihar etdi 

22 Dekabr 2017 14:42

Türkiyənin Antalya şəhərində dəhşətli cinayət törədilib.  Antalyanın Konyaaltı mahalındakı restoranda ofisiant işləyən oğlan işdən çıxarıldıqda müdürünü və iki iş yoldaşını öldürüb, sonra da özünə qəsd edib.