Dünya

İsveçli alimlər: "Telefon asılılığı xəstəlik həddinə çatıb"

22 Dekabr 2017 19:27

İsveçli alimlər sübut edib ki, son illər insanların telefon asılılığı xəstəlik həddinə çatıb. Belə ki, hətta yemək zamanı belə telefonu əlindən yerə qoymayan insanlar var. Alimlər son bir il ərzində müxtəlif sosial təbəqədən olan 600-a yaxın insan üzərində təcrübə keçirib.

“5G” tezliklərinin parametrləri məlum olub

22 Dekabr 2017 19:21

Dünyada bütün rabitə standartları üçün tezlik diapazonlarını müəyyənləşdirən "3GPP" konsorsiumu "5G" şəbəkələri üçün tezliklər spesifikasiyaları üzərində aparılan işi, demək olar ki, yekunlaşdırıb. Ehtimal ki, istehsalçılar tezliklə mikrosxemlər üzərində işlərə başlayacaqlar.

“Apple” batareyanın daha uzun müddət işləməsi üçün öz smartfonlarının işləmə sürətini azaldır

22 Dekabr 2017 19:16

"Apple" şirkəti "iOS" sisteminin son versiyaları qurulmuş öz smartfonlarının (ilk növbədə "iPhone 6", "iPhone 6s", "iPhone 7" və "iPhone SE") işləmə sürətinin azalmasını etiraf edib.

Acun Ilıcalı 9 milyon avroluq təyyarə aldı

22 Dekabr 2017 19:10

"Tv8" kanalının rəhbəri və məşhur aparıcı Acun Ilıcalı bu dəfə 9 milyonluq təyyarəsiylə gündəm yaradıb. A.Ilıcalı köhnə təyyarəsi uzun müddət havada qala bilmədiyi üçün onu satmaq məcburiyyətində qalıb. “Survivor” və digər verilişlərin çəkilişləri üçün tez-tez Dominikana, Yunanıstana və Braziliyaya gedən aparıcı əvvəlki təyyarəsini 9 milyon avroluq daha uzun uçuş edə bilən “Challenger 605”ə dəyişib.

Ey heyvanlarını tanıyan “ağıllı” qapı nümayiş etdirilib

22 Dekabr 2017 19:04

Sifətin tanınması texnologiyası sayəsində “ağıllı” qapı yalnız öz ev heyvanlarını içəri buraxır. “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" qapı yalnız öz ev heyvanlarını içəri buraxır. Heyvan qapıya yaxınlaşdıqda kameradan onun şəklini ələ keçirən kompüter onu təsvirin tanınması proqramı vasitəsilə yoxlayır. Öncədən proqrama ev heyvanlarının sifəti tanıdılıb və o, yalnız öz ev heyvanlarını içəri buraxır. Tez-tez yad pişiklər qonşulardan yem oğurlayırlar. Belə problemlər adətən şəhərkənarı yerlərdə müşahidə olunur. Orada heyvanlar sərbəstdirlər, yəni istədiyi yerdə gəzirlər.

“Huawei” şirkəti 4 kameraya malik smartfon təqdim edib

22 Dekabr 2017 18:57

Çinin “Huawei” şirkəti “Honor” smartfonlarının istehsal xəttini yeniləyib. 4 kamera ilə təchiz edilmiş və “Android 8.0 Oreo” mobil əməliyyat sistemi ilə idarə olunan “Honor 9 Lite” modeli təqdim edilib.

Dəniz Sekinin yeni görünüşü hər kəsi heyrətləndirib

22 Dekabr 2017 18:35

7 ay əvvəl həbsdən çıxan müğənni Dəniz Seki tanınmaz hala düşüb.  Prodüser Polat Yağcının ad gününə qatılan müğənninin aldığı çəkilər gözdən qaçmayıb.

Ərinin yatdığını görən qadın sevgilisini evə çağırdı - ŞOK AİLƏ DRAMI - VİDEO

22 Dekabr 2017 18:31

Kocaelidə iki uşaq anası noyabr ayında, gecə evə saldığı sevgilisinə görə yuxuda olan Hüsnünü (42) öldürdüb. Anasının oğlu Hüsnü Güntaçın itkin düşdüyü ilə bağlı müraciətini araşdıran polis gəlini Sibel G. ilə onun sevgilisini Kütahyada yaxalayıb.

"Facebook” 25 ölkədə vergi ödəyəcək

22 Dekabr 2017 18:30

“Facebook” sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.

Rusiya kommunistləri prezidentliyə sovxoz direktorunun namizədliyini irəli sürür

22 Dekabr 2017 18:08

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov gələn ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün “Lenin adına sovxoz” QSC-nin direktoru Pavel Qrudninanın namizədliyini irəli sürməyi təklif edib. Bu barədə Kommunist Partiyasından deputat Valeri Raşkin “Exo Moskva”ya bildirib.

Putin: "Rusiyaya bütün dünyada saysız-hesabsız hərbi baza lazım deyil"

22 Dekabr 2017 18:00

"Rusiyaya bütün dünya üzrə saysız-hesabsız hərbi baza lazım deyil". Bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib. Dövlət başçısı bildirib ki, Rusiya dünya jandarmı rolu oynamağa hazırlaşmır: "Bu, bizim planlarımıza qətiyyən daxil deyil".

DİQQƏT! Bu ayaqqabılarla sizi aeroporta buraxmaya bilərlər

22 Dekabr 2017 17:27

Avstraliyanın “Qantas” aviaşirkəti müğənni Coanna Keyteralı "UGG" tipli çəkmələr geydiyi üçün Melburn hava limanının gözləmə zalına buraxmayıb. Məlumata görə, bu barədə müğənni öz “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, təyyarəyə çata bilməsi üçün müğənni yeni ayaqqabılar almalı olub.

Makrondan Abbasa: Fransa Fələstini tanıyacaq

22 Dekabr 2017 17:20

Fransa Prezidenti Emmanuel Makron Parisdə Fələstin lideri Mahmud Abbasla birlikdə mətbuat konfransı keçirib.

AB-nin Polşaya təzyiqi artır: Macarıstan etiraz etdi

22 Dekabr 2017 17:19

Macarıstan Avropa Birliyinin Polşanın səsvermə hüququnun əlindən alınması ilə bağlı bütün fəaliyyətlərinə veto qoyacaq.

2018 dünya üçün nələr vəd edir? - Vəziyyət ürəkaçan deyil - ŞƏRH

22 Dekabr 2017 17:01

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov 2018-ci ildə dünya siyasətində baş verə biləcək hadisələrdən danışıb. Politoloq bildirib ki, 2018-ci il siyasi baxımdan mürəkkəb dövr olacaq. “Çünki bir neçə ölkədə, o cümlədən, Azərbaycanda, Rusiyada, Ermənistanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə bu prosesə müdaxilə etmək istəyən, çox güman ki, müəyyən beynəlxalq qüvvələr tapılacaq”.