İsveçli alimlər: "Telefon asılılığı xəstəlik həddinə çatıb"

İsveçli alimlər sübut edib ki, son illər insanların telefon asılılığı xəstəlik həddinə çatıb. Belə ki, hətta yemək zamanı belə telefonu əlindən yerə qoymayan insanlar var. Alimlər son bir il ərzində müxtəlif sosial təbəqədən olan 600-a yaxın insan üzərində təcrübə keçirib.

İsveçli alimlər sübut edib ki, son illər insanların telefon asılılığı xəstəlik həddinə çatıb. Belə ki, hətta yemək zamanı belə telefonu əlindən yerə qoymayan insanlar var. Alimlər son bir il ərzində müxtəlif sosial təbəqədən olan 600-a yaxın insan üzərində təcrübə keçirib. Məlum olub ki, gündəlik iş rejimində insanlar gün ərzində 60 dəfə telefona baxırlarsa, bu, artıq telefon xəstəliyinin əlamətidir. 60 dəfə baxış isə təkcə zəng və mesajları təqib etmə mənasını vermir. İnsanlar heç bir səbəb olmadan, heç bir bəhanəsiz telefonlarına baxır. Ya keçmiş mesajlara nəzər salır, ya gələn telefon zənglərinin saatına.

Bundan başqa, rəyi soruşulan insanların çoxu telefonuna zəng və sms gəlməyən zaman stress keçirir, aparatın xarab olmasından şübhələnir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31