AB-nin Polşaya təzyiqi artır: Macarıstan etiraz etdi

Macarıstan Avropa Birliyinin Polşanın səsvermə hüququnun əlindən alınması ilə bağlı bütün fəaliyyətlərinə veto qoyacaq.

Macarıstan Avropa Birliyinin Polşanın səsvermə hüququnun əlindən alınması ilə bağlı bütün fəaliyyətlərinə veto qoyacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstanın Baş naziri Viktor Urban söyləyib. Onun sözlərinə görə, Macarıstan Polşanı Mərkəzi Avropa üçün vacib ölkə kimi görür:

"Polşa AB tərəfindən ədalətsiz yerə tənqid edilir. Biz AB-yə anlatmalıyıq ki, Polşaya qarşı fəaliyyətə başlamaq mənasızdır".

Qeyd edək ki, bundan öncə Avropa Komissiyası Polşaya qarşı sanksiya prosesinə başladığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31