Rusiya kommunistləri prezidentliyə sovxoz direktorunun namizədliyini irəli sürür

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov gələn ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün “Lenin adına sovxoz” QSC-nin direktoru Pavel Qrudninanın namizədliyini irəli sürməyi təklif edib. Bu barədə Kommunist Partiyasından deputat Valeri Raşkin “Exo Moskva”ya bildirib.

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov gələn ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün "Lenin adına sovxoz" QSC-nin direktoru Pavel Qrudninanın namizədliyini irəli sürməyi təklif edib. Bu barədə Kommunist Partiyasından deputat Valeri Raşkin "Exo Moskva"ya bildirib.

"Bu, müzakirələrin birinci mərhələsidir. Zyuqanov Qrudininanın namizədliyini irəli sürüb. İndi Pavel Nikolayeviçin özünün iştirakı ilə müzakirə aparılacaq, sonra katibliyin müşavirəsi olacaq, məsələ Mərkəzi Komitənin plenumuna çıxarılacaq və şənbə günü qurultaya gedəcəyik"-deputat bildirib.

Raşkin deyib ki, partiyanın sədri hökmən seçki kampaniyasında iştirak edəcək, ancaq hansı formada iştirak edəcəyi başqa məsələdir.

Ötən ay Zyuqanov demişdi ki, bütün partiya təşkilatları onun namizədliyini irəli sürür. Lakin yekun qərarı partiyanın qurultayı verəcək.

Zyuqanov hər dəfə prezident seçkilərində iştirak edir və ənənəvi olaraq 10-12 faiz səs alır. Rusiya prezident seçkilərinin digər daimi iştirakçısı Gennadi Zyuqanov isə geri çəkilmək niyyətində deyil və bu dəfə də namizədliyini irəli sürüb.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31