Fransalı cütlük Türkiyədə saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb. Anti-terror polisi Fransa vətəndaşlarını Sabiha Gökçen hava limanında öz ölkələrinə uçmaq istəyərkən saxlayıb. Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb. Anti-terror polisi Fransa vətəndaşlarını Sabiha Gökçen hava limanında öz ölkələrinə uçmaq istəyərkən saxlayıb.

Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.

Görülən bütün zəruri prosedurlardan sonra saxlanılan vətəndaşlar deportasiya ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31