Dünya
Xameneinin ailəsi ölkədən qaçdı - İran üçün DƏHŞƏTLİ İKİ SSENARİ
İranın ali dini lideri Əli Xamenei təhlükəsizlik məqsədilə ailəsini Türkiyəyə göndərib. Bu iddia ilə Rusiyanın Yaxın Şərq üzrə tanınmış ekspertlərindən olan Aleksandr Şumilin çıxış edib. Onun iddialarına görə, İranın bir sıra şəhərində əhali silahlanaraq İnqilab Keşişçiləri Korpusunun postlarını ələ keçirməyə başlayıb: “Əldə etdiyim məlumatlara görə, üsyançılar mollalara çox hirslidir. Hətta Xameneinin ailəsini Türkiyəyə göndərdiyi haqda məlumat əldə etmişəm. İranda 2011-ci ildə Suriyada baş verən hadisələrin bənzəri yaşanır”.
İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir
İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb. Bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir. İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır.
Toni Bleyerdən Trampa xəbərdarlıq: “Dinlənilirsən”
İngiltərənin sabiq Baş naziri Toni Bleyer ABŞ prezidenti Donald Trampı ingilis kəşfiyyatı tərəfindən dinlənildiyi barədə xəbərdarlıq etdiyi iddia edilib. ABŞ-da yanvarın 9-da təqdimatının keçirilməsi nəzərdə tutulan "Atəş və Hirs: Tramp Ağ Evin İçindən" adlı kitabda Bleyerin keçən ilin fevral ayında Trampın kürəkəni Cared Kuşner ilə görüşdüyü yazılıb.
İrandan sonra hədəf qardaş ölkədir - Putinin “qara qutusu” ABŞ-ın gizli PLANINI AÇDI
“ABŞ Türkiyəni İran kimi marginallaşdırmaq istəyir”. Bu barədə Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, ABŞ hazırda Türkiyəni içəridən qarışdırmaq niyyətindədir.
Necə aldadıldığını canlı yayımda danışdı - Hər kəsi dəhşətə gətirən ETİRAF - VİDEO
Türkiyənin TV8 kanalında yayımlanan proqrama qatılan 26 yaşlı Sevgi Asan etirafı ilə həm ekran önündə əyləşən tamaşaçıları, həm də studiyadakıları dəhşətə gətirib. Eyni məhəllədə büyüdüyü uşaqlıq yoldaşı tərəfindən aldadıldığını iddia edən Asan rəfiqəsinin ona yarış atı almaq bəhanəsiylə 70 min lirə "atdığını" deyib.
Kəskin soyuqlar can alır: 16 ölü
ABŞ-da, xüsusilə, ölkənin şərq və şimal-şərq hissəsində hökm sürən kəskin hava şəraiti səbəbilə 16 nəfər dünyasını dəyişib. Bu barədə ABŞ Milli Kosmos və Aviasiya Agentliyi (NASA) açıqlama yayıb. Açıqlamada ölkənin son illərdə ən soyuq qışlarından birini yaşadığı bildirilib.
Xamenei 140 minlik orduya “HAZIR OL!” ƏMRİ VERDİ - İranda VƏTƏNDAŞ MÜHARİBƏSİ
İranın ali dini rəhbəri Əli Xamenei İnqilab Keşişçiləri Korpusuna “hazır olun!” əmri verib. Daxili toqquşmalar şiddətlənəcəyi təqdirdə korpusun 140 min üzvü Xameneinin əmri ilə hərəkətə keçəcək. İran ordusunda xidmət edən 545 min canlı qüvvənin, həmçinin 1 milyon 800 min ehtiyat qüvvənin də lazımi anda hərəkətə keçəcəyi ehtimal edilir.
Suriyada Rusiyanın 7 təyyarəsi məhv edildi: 10-dan çox hərbçi yaralandı
Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb. “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.
Çirkin gəlinin inanılmaz dəyişikliyi
90 kq arıqlayan aktrisanın son halı ŞOK ETDİ - FOTO
4 il əvvəl mədə əməliyyatı ilə arıqlamağa qərar verən aktrisa Pelin Öztekinin son görüntüləri təəccübləndirib. 90 kq arıqlayan aktrisa “Bestyle” jurnalının “Wedding” çəkilişləri üçün kamera qarşısına keçib. Jurnala müsahibə verən məşhur arıqlama prosesi haqqında bunları söyləyib:
Fransada qasırğa: 1 ölü, 26 yaralı
Fransada tüğyan edən "Eleanor" qasırğası nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb. Ölüm hadisəsi Yuxarı Savoyya departamentində qeydə alınıb. Orada dağ xizəkçisinin üzərinə ağac aşıb. Xəsarət almış 26 nəfərdən dördünün vəziyyəti ağırdır.
Bu gün bütün məktəblər bağlanacaq
Nazirliyin 3 əməkdaşı öldürüldü
İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub. Bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.














