Dünya

Minlərlə əsgərimiz sizin üçün qurban getdi – ABŞ-a cavab

4 Yanvar 2018 14:47

Keçmiş bizə öyrətdi ki, ABŞ-a kor-koranə güvənmək lazım deyil. Bu sözləri Pakistanın Xarici İşlər naziri Xoca Məhəmməd Asif deyib. “ABŞ prezidenti bizdən nə etdiyimizi soruşur. Sizə hərbi bazalarımızı açdıq. Əfqanıstandakı ABŞ əsgərlərinin silah və ləvazimatla təmin edilməsi bizim torpaqlarımız vasitəsilə həyata keçirildi. Minlərlə sivil vətəndaşımız və əsgərimiz sizin başlatdığınız müharibənin qurbanı oldu”, - nazir bildirib.

İranda yüzlərlə insan yenidən küçələrə çıxdı

4 Yanvar 2018 14:34

İranın qərbində yerləşən Həmədan şəhərində ölkə rəhbərliyinə dəstək mitinqləri keçirilir. Bu barədə “Mehr” agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, nümayişçilər əllərində dini lider Əli Xameneyinin və İran prezidenti Həsən Ruhaninin portretlərini tutaraq şəhərin küçələrinə çıxıblar. Onlar hökumətin lehinə şüarlar səsləndirirlər.

Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... 

4 Yanvar 2018 14:23

Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir. Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq  Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir: Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menustrasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

Arvadından şübhələnib arxasınca getdi, qapını açanda başqa kişi ilə yataqda tutdu - VİDEO

4 Yanvar 2018 14:19

İstanbulun Üsküdar rayonunda arvadını başqa kişi ilə tutan ər cinayət törədib.  Gözünü qan alan ər arvadını və görüşdüyü kişini bıçaqlayıb. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb. Qadının isə müalicəsi davam etdirilir.

Kral ailəsinə məxsus zinnət əşyaları oğurlandı

4 Yanvar 2018 13:53

İtaliyanın Venesiya şəhərində 16 – 20 – ci əsrlərə aid Qatar kral ailəsinə məxsus zinnət əşyaları nümayiş zamanı oğurlanıb. Olaylar.az bildirir ki, rəsmilər sərgidən bir broş və bir cüt sırğa oğurlandığını açıqlayıblar.

“Kərpic kimi küt” – İvanka Trampa haqqında kim belə dedi?

4 Yanvar 2018 13:36

Dünyaca tanınmış Uoll Strrit Cournal (The Wall Street Journal ) jurnalının iddialarına əsasən ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Sam Bennon prezidentin qızı İvanka haqqında işlətdiyi cümlə hər kəsi təəccübləndirib.

İranda baş verən etirazlar nəyə hesablanıb?

4 Yanvar 2018 13:26

Artıq bir neçə gündür ki, cənub qonşumuzda daxili siyasi sabitlik pozulub. Ölkənin bütün bölgələrini bürüyən etiraz aksiyaları xalq kütlələri ilə hüquq-mühafizə orqanları arasında ciddi şəkildə qarşıdurmaların baş verməsinə yol açıb. Nəticədə son bir neçə gün ərzində 20-dən artıq şəxs qarşıdurmaların qurbanına çevrilərək həyatını itirib. Həlak olanlar arasında həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları var.

Ququş İrandakı aksiyaçılara DƏSTƏK OLDU və bunları BƏYAN ETDİ: "İntiqamımızı..." - VİDEO

4 Yanvar 2018 13:21

İranda keçirilən etiraz aksiyalarına tanınmış müğənni Ququş da səssiz qalmayıb. Əslən azərbaycanlı olan sənətçi bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib: “İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara dəstək ola və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamımızı alarıq. Sizinlə olduğumu yaddan çıxartmayın".

Vitse-spiker: Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir

4 Yanvar 2018 13:00

Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur. Məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib. M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.

Ərəb koalisiyası husilərin yolunu bağladı

4 Yanvar 2018 12:30

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin silahla təchizatında mühüm rol oynayan Taiz və Xodeyda şəhərləri arasındakı yolu ələ keçirib. Bu barədə informasiyanı VAM agentliyi yayıb. Şəhərlər arasındakı yolun ələ keçirilməsi üçün onlarla silahlının öldürüldüyü bildirilib.

Pilotlar uçuş zamanı mübahisə etdilər

4 Yanvar 2018 12:29

İngiltərədən Hindistana havalanan sərnişin təyyarəsində pilotlar uçuş zamanı mübahisə ediblər. Olaylar.az bildirir ki, Jet Airways sərnişin təyyarəsinni qadın və kişi pilotu arasında yaşanan mübahisə zamanı kişi pilot qadına pilota əl qaldırıb. Məlumata əsasən qadın piolot uzun müddətli uçuş kabinasını tərk edib.

Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır

4 Yanvar 2018 12:25

Türkiyə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri üçün xüsusi alay komandanlığı yaradacaq. Bu barədə “CNN Türk” informasiya yayıb. Məlumat görə, alay komandanlığı 2 tabor və 4 bölükdən ibarət olacaq. Ölkə ərazisindəki 2 taborda hər birində 72 olmaqla, ümumilikdə 144 raket hər an buraxılış üçün hazır vəziyyətdə saxlanılacaq.

Avstraliyada marixuana ixracı qanuniləşdi

4 Yanvar 2018 11:57

Avstraliya hökuməti istehsalçılar üçün tibbi marixuana ixracını qanuniləşdirmək barədə qərar qəbul edib. Məlumata görə, yeni qərar əsasən, istehsalçılar yerli əczaçılıq sənayesini inkişaf etdirmək məqsədilə marixuananı ixrac edə bilərlər.

Mogerini: Kubanın ABŞ tərəfindən blokadası həll yolu deyil

4 Yanvar 2018 11:55

Kubanın ABŞ tərəfindən ticari-iqtisadi blokadası yolverilməzdir. Məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib. F.Mogerini qeyd edib: "Blokada həll yolu deyil və biz bunu BMT-də Birləşmiş Ştatlardan olan tərəfdaşlarımıza çox demişik".